Məhkəmə qərarları › İş №8(002)-75/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-75/2025

04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-75/2025 04.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X18 oğlunun katibliyi, X1, Borclu iştirakı ilə, X2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-955/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(002)-955/2023 saylı qətnaməsinə əsasən, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iddiaçı Borclu qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi və əlavə olaraq hər uşağa görə 20 manat olmaqla, cəmi 40 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X7 xeyrinə ödənilməsi qət edilmişdir. Ərizənin tələbləri

2. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-955/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüldü X12 və xx.xx.2014-cü il təvəllüdlü X3 üçün hər ay iddiaçı Borclu sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində, yəni hər uşağa görə 296 manat olmaqla, cəmi 592 manat məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizəni belə əsaslandırılmışdır ki, Azəraycan Respublikası Lənkəran şəhəri “Nikah evi” tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZ-İ 043417 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Borclu ilə onun arasında nikah xx.xx.2003-cü il tarixdə 115 nömrəli akt qeydi ilə qeydə alınmışdır, nikah bağlandıqdan sonar ona Eyvazov, ona isə Eyvazova soyadı verilmişdir. Cəbrayıl Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixdə verilmiş AZ-T 049815 nömrəli və xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİ 239268 nömrəli doğum haqqında şəhadətnamələrə əsasən, X15, xx.xx.2008-ci il tarixində X17 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. X6, ataları Borcludur. Məhkəmənin 2(002)-955/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, X11 ilə Borclu arasında 09 aprel 2003-cü il tarixdə Azərbaycan Respublikası Lənkəran şəhər Nikah evində 115 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahında doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X17 cavabdeh X7 himayəsində və yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iddiaçı Borclu qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi və əlavə olaraq hər uşağa görə 20 manat olmaqla, cəmi 40 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X7 xeyrinə ödənilməlidir.

4. Tələbkar tələbin hüququ əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad etmişdir.

5. Ərizəyə etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. X4 məhkəmə iclasında iştirak edərək, alimentin dayandırıldığını və bununla bağlı təkrar ərizə verəcəyini bildirmişdir.

7. Borclu məhkəmə iclasında iştirak edərək, ərizənin baxılmamasını xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. b) Əsaslandırma

10. Ərizə əsassızdır.

11. İşin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(002)-955/2023 saylı qətnaməsinə əsasən, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iddiaçı Borclu qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi və əlavə olaraq hər uşağa görə 20 manat olmaqla, cəmi 40 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X7 xeyrinə ödənilməsi qət edilmişdir.

12. Ərizəçi alimentin indeksasiyası barədə ərizə verərək alimentin minimum əmək haqqının 0,71 misli həddində müəyyən olunmasını xahiş edir.

13. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 5 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir.

14. Göründüyü kimi, alimentin indeksasiyası alimentin yalnız sabit pul məbləğində müəyyən edildiyi işlər üzrə müəyyən edilmişdir. Hazırkı işdə aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, borclunun qazancının və (və ya) başqa gəlirlərinin hissə olaraq müəyyən edildiyindən və ərizə icraata qəbul edildiyindən iş üzrə icraata MPM 261.0.1-ci maddəsinə əsasən xitam verilir və ərizəçiyə izah edilir ki, alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün əsaslar yaranmışdırsa bu barədə ayrıca mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

15. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 267- 268-ci maddəsini rəhbər tutaraq

QƏRARA ALDİ :

X2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-955/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində, elektron məhkəmə informasiya sistemi vasitəsilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar