Məhkəmə qərarları › İş №8(002)-77/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-77/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-77/2025 26.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi , Borclu, X1, Tələbkarın anası X2 iştirakları ilə, İddiaçı X4 cavabdeh Borclu qarşı alimentin indeksasiyası tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Borclu qarşı alimentin indeksasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbkarın anası X3 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, alimentin indeksasiya olunmasını edilməsini xahiş etdi. Hazırda oğlu üçün 50 manat aliment tutulduğunu qeyd edərək, həmin məbləğin indeksasiya olunmasını xahiş etdiklərini bildirdi. Cavabdeh Borclu ərizənin təmin olunmamasını xahiş etdi. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ərizəçi X7 artıq yetkinlik yaşına çatdığından yuxarıda qeyd olunan müvafiq plenum qərarı ona şamil edilmir. Belə ki, həmin plenum qərarı “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişikliklərin edilməsinə dair qəbul edilmişdir, yəni yetkinlik yaşına çatmayanlar-uşaqlar üçün valideynlərdən aliment tutulması tələbi üzrə aiddir. Hazırki iş üzrə isə ərizəçi X4 cavabdeh Borclu qarşı aliment tələbi üzrə artıq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2350/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mövcud olmaqla, həmin qətnamə ilə X4 əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay 50 manat sabit pul məbləğində aliment cavabdeh Borclu X5 ödənilməsi qət edilmişdir. Bu səbəbdən hazırda ərizəçi aliment tələbinin artırılması tələbinə dair müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı X4 cavabdeh Borclu qarşı alimentin indeksasiyası tələbinə dair ərizəsi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X4 cavabdeh Borclu qarşı alimentin indeksasiyası tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. İddiaçı X5 alimentin artırılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar