Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-78/2023 10.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Tələbkar, İcra məmuru X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-172/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Bağırovun təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-172/2022- 009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 4321 manat borc,hüquqların müdafiə olunması üçün 100 manat, məhkəmə məsrəfi üçün 10 manat dövlət rüsumu Tələbkar ödənilməlidir. Borclu müştərək qaydada 150 manat məbləğində pul tutularaq "xxxx" MMC-in hesabına ödənilməlidir. İcra sənədi 09 sentyabr 2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında iştirak edərək öz izahatında borclunun onu aldatdığını, maşını ondan başqa 2 nəfərə satdığını bildirdi, borcun ödənilməsinin və təqdimatın təmin olunmasını xahiş etdi. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişi göndərilmiş, lakin bildirişin çatması barədə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilərək hazırkı iş üzrə icra işinin məhkəməyə təqdim edilməsi xahiş edilmiş, icra məmuru tərəfindən e212383/2022-34-11-001 nömrəli İcra İşi məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru borclu şəxsin onun çağırışları üzrə icra şöbəsinə gəlməkdən boyun qaçırması halına istinad edərək, onun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı təqdimatın əsası kimi istinad edilənlərin, Borclu icra məmurunun çağırışlarından üzrsüz səbəbdən yayınması halının müəyyən edilməsi mümkün olmamış, habelə qeyd edilən halla bağlı heç bir dəlilə istinad edilməmiş, həmin hallar əsaslandırılmamışdır. Məhkəmə təqdimata əlavə edilmiş sənədlərə və e212383/2022-34-11-001 nömrəli İcra İşinə baxış keçirərək müəyyən etmişdir ki, Borclu icra məmurunun çağırışı üzrə 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhər Qaradağ rayon İcra Şöbəsində olaraq könüllü icra haqqında bildirişi imza etməklə qəbul etmiş və yazılı izahat verərək borcun bir hissəsini ödədiyini, qalan hissəni ödəməyə maddi imkanının olmadığını qeyd etmişdir. Bundan başqa, elektron məhkəmə sistemində aparılmış sorğu nəticəsində məlum olmuşdur ki, Borclu 09 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası sərhədlərini tərk etmişdir və həmin tarixdən sonra Borclu ölkəyə girişi qeydə alınmamışdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, borclunun ölkə hüdudlarından kənarda olması müəyyən olduğundan, bu hal hazırkı təqdimatın təmin edilməsi halında belə icrasını mümkünsüz edir. Bundan başqa, icra işinin materiallarından görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə borclunun əmlakına həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin edilərək, Borclu məxsus “X5 Prado” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, icra sənədi üzrə icra tədbirləri görülmüşdür və belə olan halda, məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi həyata keçirilmədən də icra sənədinin icrasının təmin etmək imkanları aradan qalxmamışdır. Məhkəmə göstərilən halları nəzərə alaraq hesab edir ki, işin hazırkı faktiki vəziyyətində borclu şəxs barəsində məcburi gətirmə tədbirin tətbiq edilməsi özlüyündə şəxsin konstitusion hüquqlarının əsassız yerə məhdudlaşdırılması ilə nəticələnə bilər, ona görə də, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin 2(103)-172/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatı təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-78/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-78/2023
10.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver