Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-79/2023 14.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, Tələbkar, İcra məmuru X1 iştirakı ilə, Bakı şəhər Qaradağ Rayon Məhkəməsi 2(002)-1690/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qaradağ Rayon İcra şöbəsinin İİ dərəcəli ədliyyə qulluqçusu X2 tərəfindən verilmiş təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra İcra şöbəsinin İİ dərəcəli ədliyyə qulluqçusu X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1690/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 2500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bu səbəbdən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində qərardad çıxarılması xahiş edilir. Tələbkar məhkəmə iclasında izahat verərək hazırkı icra sənədinin aid olduğu mülki işin illərlə davam etdiyini, borclunun onun özünə məhkəmə proseslərinin və qərarlarının onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirdiyini, borclunun ərinin şirkəti olduğunu və hazırkı borcu tam ödəməyə maddi imkanının olduğunu, buna baxmayaraq məhkəmə qərarının icrasında qəsdən yayınaraq laqeyd münasibət göstərdiyini qeyd edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. İcra məmuru X3 məhkəmə iclasında təqdimatın məzmununa və dəlillərinə uyğun izahat verərək, Borclu icra sənədinin könüllü icrası barədə bildirişi şəxsən imza etməklə qəbul etdyini və könüllü icra üçün qanunda nəzərdə tutulan müddət ərzində icra sənədini icra etmədiyini, borclunun icra hərəkətlərindən qəsdən yayındığını, icra məmurunun çağırışlarına cavab vermədiyini, dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq dəvət edilsə də icra şöbəsinə gəlməkdən yayındığını və ödəniş etmədiyini, borclunun maddi vəziyyətinin hazırkı icra sənədi üzrə borcu birdəfəlik ödəmək üçün kifayət edəcək həddə olduğunu, borclunun əmək haqqı olsa da, tələbkarın ərizəsi olmadan icra sənədinin hissə-hissə ödənilməsi üçün əmək haqqına yönəldilməsinin mümkün olmadığını, elektron icra sistemində axtarışlaq və sorğular nəticəsində borclunun adına hər hansı əmlakın və avtomobilin aşkar edilmədiyini, icra sənədinin aid olduğu mülki işdə də sözügedən "xxxx" şirkətinin işləri ilə əlaqədar borclunun xarici ölkələrlə əlaqəli olduğunu, nəticə etibarilə borclunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulduğu təqdirdə icra sənədinin qısa müddət ərzində tam icra ediləcəyi ehtimalının yüksək olduğunu bildirərək təqdimatın təmin edilməsini xahiş etdi. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib təqdimatı və ona əlavə olunmuş sənədləri, eləcə də iş üzrə e25386/2023-34-19-004 nömrəli İcra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən işin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-1690/2022-014 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1992-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 2500 manat məbləğində pul vəsaiti və 60 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Əhmədzadə Səbuhi tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya bildirişi xx.xx.2023-cü il tarixli sifarişli məktub vasitəsilə ünvanlanmış, Borclu icra şöbəsində xx.xx.2023-cü il tarixdə izahat verərək maddi imkanı olmadığından icra sənədini icra etmədiyini bildirmişdir. Hazırkı vaxtadək borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata əsasən 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər...2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında qanunvericiliyin tələbindən və işin faktiki hallarından göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiqi əsasları hazırkı halda mövcuddur. Belə ki, Borclu könüllü icra barədə bildirişi əldə etmişdir, icra sənədi barədə məlumatlıdır, borclu icra sənədini üzrsüz səbəbdən icra etmir, icra şöbəsində verdiyi ixahatında da icra sənədini icra etmədiyini etiraf edərək İcra haqqında Qanuun 84-cü maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi, o cümlədən qərarlarının icra olunmaması halında barəsində ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat veriləcəyi barədə ona xəbərdarlıq edilmiş, bunlara baxmayaraq icra sənədinin icrasından bu günədək üzrsüz səbəbdən yayınmışdır. Bundan əlavə, icra məmuru tərəfindən borclunun əmlakının axtarışı üzrə tədbirlər həyata keçirilmiş, borclunun adına hər hansı əmlak, avtomobil aşkar edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Borclu "xxxx" MMC-nin direktoru vəzifəsində işləməklə maddi vəziyyətinin icra sənədində göstərilən borc məbləğini ödəməyə imkan verməsinə baxmayaraq bu günədək heç bir ödəniş etməməsi onun icra sənədinin icrasından qəsdən yayınmasını söyləməyə əsas verir. Məhkəmə qeyd olunan icra sənədindən məlumatlı olan borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halını, icra məmuru tərəfindən görülmüş tədbirlərin heç bir nəticə verməməsini nəzərə alaraq və tələbkarın mənafeyini əsas götürərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslandırılmış olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 267-268-ci cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu (FİN xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-79/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-79/2023
14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver