Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-87/2022 14.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, Borclu iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1072\19 nömrəli, 27.08.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qaradağ Rayon İcra şöbəsinin İİ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İİ dərəcəli ədliyyə qulluqçusu X3 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu oglunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 09.09.2019-cu il tarixli qərarla icraata başladığı Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-1072\19 nömrəli, 27.08.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 21.08.2009-cu il təvəllüdlü X2 və 12.07.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla,320 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Tələbkar xeyrinə ödənilməlidir.İcra sənədi icraata 09.09.2019-cu il tarixdə daxil olmuş və tələbin könüllü icrası haqqında borcluya bildiriş və qərar göndərilmişdir.Başlanılmış icraat üzrə ötən dövrdə Borclu məhkəm qərarın icrasından yayınmışdır.Borclu icra şöbəsinə dəvət olunsada o icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməkdən və məhkəmə qərarının icrasından qəsdən yayınmışdır.Əldə etdikləri məlumata əsasən borclunun ölkə xaricinə çıxma ehtimalı vardır.Borclu borcundan bu günə ödəniş etməmişdir.Bu səbəbdən də icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Borclu məhkəmə iclasında iştirak edərək,öz izahatında uşaqlarının anasının himayəsində olduğunu, hamısının İsveçrə ölkəsində yaşadığını, uşaqlarla ora gedə ilmədiyindən görüşə bilmədiyini, anasınında vatsapla görüşməyə icazə vermədiyini, ona görə də uşaqlarını görə bilmədiyini, ancaq hər ay aliment ödədiyini, indi də bacısına aliment ödəməyimi istədiyini, lakin onun bacısına iyə aliment ödəməlidir, hər ay əmək haqqı məbləğindən alimentin tutulduğunu, özünün də ikinci dəfə ailə həyatı qurduğunu, bütün bu halların nəzərə alınaraq, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki,iş materiallarından görünür ki, müvafiq icra sənədi üzrə Borclu 21.08.2009-cu il təvəllüdlü X2 və 12.07.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanması üçün 30.07.2019-cu il tarixdən başlayaraq, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qeyd eidlmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfındən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Həmçinin, bununla bağlı verilmiş təqdimat əsaslandırılmış olsun. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən Borclu həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərinə, habelə borclu şəxsin əmlakının axtarılması, habelə həmin tələbin yönəldilə biləcəyi əmlaklarının olub-olmamasının müəyyən edilməsi ilə bağlı hər hansı tədbirin həyata keçirilməsinə və görülmüş məcburi icra tədbirlərinin nəticələrinə dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı borclu şəxsin müvafiq icra sənədini üzrsüz səbəbdən icra etməməsi halını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən eidlmidşri ki, tərəflərin birgə nikahdan olan övladları hazırda xarici ölkədə yaşayır. Bu halda, məhkəmə hesab edir ki, borclu barəsində belə bir tədbirin tətbiq edilməsi valideyn qimsində onun uşaqları ilə görüş hüququnun məhdudlaşdırılmaısna gətirib çıxarda bilər. Ona görə də məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-87/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-87/2022
14.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver