Məhkəmə qərarları › İş №8(002)-90/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-90/2024

05.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-90/2024 05.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırovun daşınar əmlak (avtomobil) üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, cavabdehlər Borclu və X1 müştərək qaydada maddi ziyanın əvəzi olaraq 870 manat, avtomobilə baxış üçün 50 manat, hüquqi xidmətin göstərilməsi üçün 220 manat, cəmi 1140 manat məbləğində pul vəsaiti və 26 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan "HOWO ZZ 3257N3847A" yük markalı, **-TE-*** nömrəli, "NARKO YARİMQOŞQU" markalı, **-ZA-*** nömrəli, "DAF XF 460 FT" yük markalı, **-KG-*** nömrəli, "VAZ 2106" minik markalı, **-NP-*** nömrəli, "VOLKSWAGEN T5 MULTİVAN" minik markalı, **-NY-*** nömrəli, "MERCEDES BENZ AXOR1840" yük markalı, **-NY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və bəlli olmuşdur ki, Borclu mülkiyyətində olan "HOWO ZZ 3257N3847A" yük markalı, **-TE-*** nömrəli, "NARKO YARİMQOŞQU" markalı, **-ZA-*** nömrəli, "DAF XF 460 FT" yük markalı, **-KG-*** nömrəli, "VAZ 2106" minik markalı, **-NP-*** nömrəli, "VOLKSWAGEN T5 MULTİVAN" minik markalı, **-NY-*** nömrəli, "MERCEDES BENZ AXOR1840" yük markalı, **-NY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillər dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adında "HOWO ZZ 3257N3847A" yük markalı, **-TE-*** nömrəli, "NARKO YARİMQOŞQU" markalı, **-ZA-*** nömrəli, "DAF XF 460 FT" yük markalı, **-KG-*** nömrəli, "VAZ 2106" minik markalı, **-NP-*** nömrəli, "VOLKSWAGEN T5 MULTİVAN" minik markalı, **-NY-*** nömrəli, "MERCEDES BENZ AXOR1840" yük markalı, **-NY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillər vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilən halları, o cümlədən icra sənədi üzrə tələbin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, borcluya məxsus "MERCEDES BENZ AXOR1840" yük markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus "MERCEDES BENZ AXOR1840" yük markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar