Məhkəmə qərarları › İş №8(002)-91/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-91/2025

05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-91/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(002)- 1594/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin təqdimatına və həmin təqdimatın baxılmadan geri qaytarılması barədə icra şöbəsinin məktubuna açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(002)- 1594/2021 saylı icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi 26 fevral 2025-ci il tarixdə məhkəməyə məktub göndərərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(002)-1594/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, tələbkar və borclu naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər, təqdimata baxılmasını xahiş etməmişlər. Məhkəmə təqdimatın baxılmadan qaytarılması məsələsinə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimatın baxılmadan qaytarılması barədə məktubu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(002)- 1594/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar