Məhkəmə qərarları › İş №8(002)-92/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-92/2025

04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-92/2025 04.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İcra məmuru X1 iştirakı ilə, Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1 “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi haqında tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC məhkəməyə şikayətlə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarın ləğv olunması və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-260/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-260/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardad tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-in mənafelərinə ziddir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-260/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Borclu 4534.28 manat əsas, 310.81 manat faiz, 598.92 manat cərimə borcu olmaqla, cəmi 5444.01 manat məbləğində pul vəsaitinin və 74.45 manat dövlət rüsumunun "xxxx" ASC-in xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhər Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-260/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Borclunun sözügedən qətnamə üzrə borc məbləği qaldığı halda icra sənədi icraata tam əsassız qaydada xitam verilmişdir. Tələbkar məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və ərizənin tələbinin təmin olunması xahiş edilmişdir. İcra məmuru X2 məhkəmə iclasında iştirak edərək, borclunun ÇPA-da işlədiyini, borc əmək haqqına yönəldilmişdir. Borclunun iş yerindən borcun tam tutulması ilə bağlı məktub daxil olmuşdur. Ödəniş tapşırığının ona verilmədiyini və qərarın ləğv edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericliyin tələbinə əsasən şikayət ərizəsinə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları bundan ibarətdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 260/2023 saylı, xx.xx.2023-ci il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsi üzrə 4534.28 manat əsas borc, 310.81 manat faiz borcu, 598.92 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 5444.01 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi, iş üzrə ödənilmiş 74.45 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi qət edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2023-ci il tarixli icraata başlamaq haqqında qərarı qəbul edilərək, həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya ünvanlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X5 xx.xx.2024-cü il tarixli 3- 13-34/2-5442/24 nömrəli məktubuna əsasən, Qaradağ Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 2(002)-260/2023 nömrəli icra vərəqəsinə əsasən DİN-in Əlahiddə X5 əməkdaşı Borclu əmək haqqından "xxxx" ASC-in xeyrinə 5518.46 manat məbləğində əsas borc, 386.29 manat icra ödənişi tutularaq icra edilmişdir. xx.xx.2024-cü il tarixli 476 №-li Ödəniş tapşırına əsasən, AR DİN-in X7 Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin hesabına 386.29 manat pul köçürmüşdür. Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə icra sənədi “İcra Haqqında” Qanunun 20.1.5 və 20.2 maddəsinə əsasən icra sənədinə xitam verilmişdir. Tələbkar "xxxx" ASC həmin qərardan şikayət verərək ləğvini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində icra sənədinə xitam verilməsi əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.5-ci maddəsinə görə, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, “İcra haqqında” Qanunda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması üçün əsas olmuş hallar öz əksini tapmışdır. İş materiallarından görünür ki, icra məmurunun müvafiq icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməsinə əsas, borclunun iş yeri üzrə verilmiş arayış olmuş, lakin həmin arayışa əlavə edilən ödəniş tapşırığı icra şöbəsinin depozit hesabına köçürülmüş 7% icra ödənişi ilə bağlı olmuşdur. İcra sənədi üzrə tələbkara ödənilməli olan borcun tələbkarın hesabına köçürülməklə icra edilməsinə dair ödəniş tapşırığı icra işinin materiallarında aşkar edilməmişdir. Göstərilən hallar icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı qanunvercilikdə nəzərdə tutulan bütün tədbirlərin görülmədiyini söyləməyə əsas verir. Belə olan halda, icra sənədi icra edilməmiş qalmasına baxmayaraq icra sənədi üzrə icraata xitam verildiyindən məhkəmə hesab edir ki, həmin qərar ləğv edilməli və müvafiq icra tədbirləri davam etdirilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Tələbkar "xxxx" ASC-nin şikayəti təmin edilsin. Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1 “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-260/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi üzrə icra tədbirləri bərpa edilərək davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron məhkəmə informasiya sistemi vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar