Məhkəmə qərarları › İş №8(002)-94/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-94/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-94/2025 26.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, tələbkar X2, Borclu və Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, tələbkar X2 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2024 saylı, 23 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 öz övladı - 25 iyun 2021-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-dək, habelə Yeni il, Novruz bayramlarının ikinci günündə saat 12:00-dan saat 18:00-dək (uşağın üç yaşına çatanadək cavabdeh Rüstəmova (Kərimova) Aytən Əfrail qızının iştirakı ilə, üç yaşından sonra cavabdehin iştirakı olmadan sərbəst olaraq) görüş vaxtının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2024 saylı, 23 fevral 2024-cü il tarixli qətnaməsinin icrası mərhələsində tələbkar X5 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilərək, onun övladı 25 iyun 2021-ci il təvəllüdlü X7 ilə sərbəst şəkildə şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək, Yeni il, Novruz, Ramazan bayramlarında bir gün, uşağın ad günündə və öz ad günündə saat 12:00-dan saat 16:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirdi ki, hazırda Borclu ilə aralarında razılaşmışlar. Belə ki, 25 iyun 2021-ci il təvəllüdlü X7 ilə uşağın dörd yaşına qədər hər bazar günü saat 11:00-dan saat 19:00-dək, dörd yaşından sonra hər şənbə saat 12:00-dan bazar günü saat 12:00-dək, Yeni il, Novruz, Ramazan bayramlarının ikinci günündə, uşağın və özünün ad günlərində saat 12:00-dan saat 16:00-dək ünsiyyətdə olmalarına dair qarşılıqlı razılığa gəlmişlər. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Borclu ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, hazırda uşaqla ünsiyyət barədə tələbkarla razılığa gəlmişlər. Belə ki, tələbkarın 25 iyun 2021-ci il təvəllüdlü X7 ilə uşağın dörd yaşına qədər hər bazar günü saat 11:00-dan saat 19:00-dək, dörd yaşından sonra hər şənbə saat 12:00-dan bazar günü saat 12:00-dək, Yeni il, Novruz, Ramazan bayramlarının ikinci günündə, uşağın və tələbkarın ad günlərində saat 12:00-dan saat 16:00-dək ünsiyyətdə olmasına etiraz etmir. Hazırda uşaqla birlikdə bacısıgildə yaşayır, bir müddət sonra isə atasıgilə köçəcəkdir. Məhkəmə iclasında Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 izahat verərək bildirdi ki, tərəflər arasında qarşılıqlı razılaşma ilə müəyyən edilmiş vaxtlar uşağın mənafeyinə uyğundur. Qeyd olunanlara əsasən, məsələnin məhkəmənin mülahizəsinə görə həll edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, uşaqla ünsiyyətin qaydası barədə hazırda tərəflərin qarşılıqlı razılığa gəldiyini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar. Həmin Qərarın 3.2-ci bəndinə əsasən, bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Həmin Qərarın 12.1-ci bəndinə əsasən, məhkəmələrə izah edilmişdir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir (məsələn: İddia təmin edilsin. İddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin). Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 231, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-294/2024 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilsin. X1 öz övladı - 25 iyun 2021-ci il təvəllüdlü X7 ilə uşağın 4 (dörd) yaşınadək hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək, uşağın 4 (dörd) yaşı tamam olduqdan sonra hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək, habelə Yeni il, Novruz, Ramazan bayramlarının ikinci günündə, tələbkarın və uşağın ad günlərində saat 12:00-dan saat 16:00-dək ünsiyyət hüququ və qaydası müəyyən edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yerində: uşağın 4 (dörd) yaşınadək hər həftənin bazar günü saat 11:00-da, uşağın 4 (dörd) yaşı tamam olduqdan sonra hər həftənin şənbə günü saat 12:00-da, habelə Yeni il, Novruz, Ramazan bayramlarının ikinci günündə, tələbkarın və uşağın ad günlərində saat 12:00-da Borclu tərəfindən X1, habelə uşağın 4 (dörd) yaşınadək hər həftənin bazar günü saat 19:00-da, uşağın 4 (dörd) yaşı tamam olduqdan sonra hər həftənin bazar günü saat 12:00-da, habelə Yeni il, Novruz, Ramazan bayramlarının ikinci günündə, tələbkarın və uşağın ad günlərində saat 16:00-da tələbkar X5 tərəfindən Borclu təhvil verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar