Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-95/2025 27.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(002)- 2349/2018 saylı icra sənədi üzrə Borclu Rəfayil oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(002)- 2886/2024 saylı icra sənədinə əsasən 25 may 2018-ci il tarixdən başlayaraq 04 sentyabr 2009-cu ildə doğulmuş X2, 09 iyul 2011-ci ildə doğulmuş X2 və 09 iyun 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay bir uşağa görə 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu Rəfayil oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başlanmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-2349/2018- 006-ci il tarixli icra sənədinə əsasən xx.xx.1983-cü ildə Ağcabədi rayonunda doğulmuş, Laçın rayonu, Çiraxli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu Rəfayil oğlundan xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 308 manat pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu Rəfayil oğluna göndərilmiş, icra sənədində göstərilən tələbin könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi borclu tərəfindən icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkarın nümayəndəsi və borclu üzürsüz səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın nümayəndəsinin, borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru Orxan Göyüşlü tərəfindən xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya həmin tarixdə könüllü icra barədə bildiriş göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi borclu tərəfindən icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin həmin icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx xxxxxxx 1983-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Laçın rayonu, Çiraxli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Borclu Rəfayil oğlunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-95/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-95/2025
27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver