Məhkəmə qərarları › İş №8(002)-97/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-97/2023

04.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-97/2023 04.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-107/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 107/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1997-ci ildə anadan olmuş və Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2023-cü il tarixdə daxil olmuş və tələbin könüllü icrası haqqında borcluya bildiriş və qərar göndərilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bu səbəbdən də, icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Borclu, tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, müvafiq icra sənədi üzrə Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq, 26 dekabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrası üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında Qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata əsasən 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər...2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Həmçinin, bununla bağlı verilmiş təqdimat əsaslandırılmış olsun. Məhkəmə təqdimat və ona əlavə edilmiş sənədləri, eləcə də e33359/2023-34-19-004 nömrəli İcra İşinin materiallarını araşdıraraq hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti hazırkı işdə yaranmamışdır. Çünki, Borclu sözügedən icra sənədini üzrsüz səbəbdən icra etməməsini təsdiq edən hallar sübut edilmir. Belə ki, borclu tələbin könüllü icrası haqqında bildirişi almış və irca məmurunun çağırışına cavab verərək xx.xx.2023-cü il tarixdə icra şöbəsində olmuş və izahat yazaraq birgə nikahdan olan övladının onun yanında qaldığı dövrün alimentini ödəmədiyini, bunun səbəbinin də uşağın həmin vaxt onunla qalması, ehtiyaclarını özünün ödəməsi olduğunu bildirmişdir. Bundan əlavə, məhkəmə iclası barədə məlumat verilməsi məqsədilə Borclula telefon danışığı zamanı o, sonuncu dəfə aliment ödənişini 2023-cü ilin mart ayında həyata keçirdiyini və bu barədə qəbzi məhkəməyə təqdim edəcəyini bildirmişdir. Borclu 16 mart 2023-cü il tarixdə tələbkar X1 hesabına icra sənədi üzrə 160 manat məbləğində köçürmə etməsi işə əlavə edilmiş qəbzin surətilə təsdiq edilmişdir. Beləliklə, borclunun icra sənədini icra etməkdən üzrlü səbəbdən yanınması əsasları müəyyən edilmədiyini, yuxarıda adı çəkilən təlimatın tələblərinə uyğun olaraq borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını barədə müvafiq yoxlama aparılmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti icra məmuru tərəfindən əsaslandırılmadığından hazırkı təqdimat təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar