Məhkəmə qərarları › İş №8(002)-99/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-99/2023

13.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-99/2023 13.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5225/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə Borclu ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5225/2022 saylı qətnaməsinin icrasına 2 il müddətinə möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(103)-5225/2022 saylı qətnaməsi ilə cavabdeh Borclu 7807 manat məbləğində pulun alınıb iddiaçı Tələbkar ödənilməsi qət edilsə də, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği hazırda ödəməyə maddi imkanı çatmır. Çünki iddiaçının həmin pulu ondan tələb etməsi övladlarının saxlanılmasına ciddi təsir edir. Böyük övladı ali məktəbə qəbul imtahanlarına hazırlaşır. Onun hazırlıqları üçün hər ay pul ödəyir. Bu günkü gündə qətnamənin icrasına möhlət verilməsi Tələbkar maddi cəhətdən heç bir təsir etmir, əksinə o borcu ödəyəcəyi təqdirdə uşaqlarının təhsil almaları mümkün olmayacaqdır. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəni qəbul etməyərək, ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1012/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı «birgə borclu kimi ödənilmiş vəsaitin cavabdehdən tutulması» tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(103)-5225/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1012/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdeh X1 7807 manat alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-224/223 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(103)-5225/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin mənasına görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, icra üsulunun və qaydasının dəyişdirilməsi işə baxmış hakim tərəfindən işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən həll edilir. Bu kimi hərəkətlər qətnamənin qanuni qüvvəyə minməsindən aslı olmayaraq edilə bilər. Qətnamənin icrasına möhlət verilməsi onun icrasının digər vaxta, hissə-hissə icra edilməsi isə məhkəmə qətnaməsi, yaxud qərardadı ilə təsdiqlənmiş müəyyən zaman ayrımı çərçivəsində göstərilmiş müddətlərlə borcun hissə-hissə ödənilməsidir. Borcun hissə-hissə ödənilməsi icra predmetinin bölünməsində mümkündür, qətnamənin icrasına möhlət verilməsi isə bir qayda olaraq icra predmeti bölünməz olduqda mümkündür. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin. Borclu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5225/2022 saylı qətnaməsinin icrasına 2 il möhlət verilməsini xahiş etsə də, özünün əmlak vəziyyəti və digər hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5225/2022 saylı qətnaməsi icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Borclu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5225/2022 saylı qətnamənin icrasına 2 (iki) il möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5225/2022 saylı qətnaməsi icra edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar