Məhkəmə qərarları › İş №8(003)-1/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-1/2024

22.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-1/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Borclunun nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 iştirakı ilə, X1 Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 hərəkətlərindən şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-*8/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililərin 1,23 metr məsafədə cavabdeh X4 hesabına sökülərək iddiaçının bağa girişinin bərpa olunması və bağ sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 06.0*.2020-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmışdır. X2 Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-*8/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin (icra sənədinin) icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarmadığı üçün Bakı şəhəri Maraqlı şəxs icra məmuru Yaqub Qafarovun hərəkətlərinin qanunsuz sayılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədə 1,23 metr söküntünün hansı istiqamətdə, yəni bağın qarşısında eninə və ya uzununa, yaxud hər iki istiqamətdə aparılmalı olması qeyd olunmamışdır. Bu hallar qətnamədə göstərilmədiyi üçün qətnamə qeyri-müəyyəndir, konkret və aydın deyil. Məhkəmə qətnaməsinin mahiyyəti iddiaçının bağa girişinin bərpa edilməsindən ibarətdir. Lakin bağa girişin bərpa olunması və bağ sahəsinin əvvəlki vəziyyətinə gətirilməsini qət edərkən məhkəmə bağın girişinin dayanıqlı nöqtədən, yəni hazırda iki girişinin yerləşdiyi yoldan hansı məsafədə yerləşdiyini, bağın əvvəlki vəziyyətinin necə olduğunu, bağın pozulmuş vəziyyətinin nədən ibarət olduğunu, yerdəyişmənin bütün hasar boyu və ya yalnız giriş hissəsində olduğunu müəyyən edə bilməmişdir. Əgər yalnız girişin yeri dəyişdirilibsə və bunun nəticəsində bağın əvvəlki vəziyyəti pozulubsa, girişin əvvəlki vəziyyətdə harada olması müəyyən edilməlidir. Bu girişin bərpa edilməsi zamanı söküntünün 1,23 metr məsafədə bağın qarşısında uzununa və ya eninə, sağa və ya sola, yaxud da hər iki istiqamətə sökülməsi qətnamədə göstərilməmişdir. Belə olan halda icra məmuru öz mülahizəsi ilə 1,23 metr məsafəni eninə, yaxud uzununa, yaxud da hər iki istiqamətə olmasını özü müəyyən edə bilməz. Bu zaman borcluya qanunsuz olaraq külli miqdarda ziyan vurulması halı baş verə bilər. Qətnamədə sökülməli olan tikililərin konkret hansı tikili olması qeyd olunmur. Məhkəmə sökülməli olan tikilinin mağaza tikilisi, kafe otaqları və s. olmasını göstərməli idi. Bu səbəbdən icra məmuru özü müəyyən edə bilməz ki, tikililər dedikdə konkret olaraq hansı tikililər başa düşülür. Həmçinin məhkəmə tikilinin tam, yaxud müəyyən hissədə sökülməsini qət etməmişdir. Ona görə də icra məmuru ərazidə olan mağazanın hansı hissədə sökülməli olmasını, eləcə də mağazanın yanında olan kiçik tikilinin hansı hissədə, yaxud tam sökülməli olmasını öz mülahizəsi ilə müəyyən edə bilməz. Bu hərəkətlər edilərsə, qətnamədən kənara çıxma halı baş vermiş olar. İddiaçının bağ sahəsinin qarşısında yerləşən torpaq sahəsi cavabdehin istifadəsindədir. Həmin sahədə cavabdehə məxsus kafe fəaliyyət göstərir. Orada ağaclarla əhatə olunmuş, taxta otaqlar mövcuddur. Qətnamədə həmin kafenin taxta otaqlarının sökülməsi və ağacların kəsilməsi də qət olunmayıb. Bu səbəbdən icra məmuru taxta otaqları sökə bilməz, həmçinin yaşıllıq sahəsi olan ağacları doğratdıra bilməz. İddiaçı bu barədə tələb irəli sürməyib, məhkəmə də belə qətnamə çıxarmayıb. Əgər taxta otaqlar sökülərsə, ağaclar kəsilərsə, bu hal da icra sənədindən kənara çıxma hesab olunacaq. Qətnamə qeyri-müəyyəndir, qətnamənin icrası mümkün deyil. Məhkəmə iclasında iştirak etmiş borclunun nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Maraqlı şəxs icra məmuru X* bildirmişdir ki, baxış zamanı mütəxəssis dəvət olunmuşdur. Orada köhnə qapı olmuşdur. 0*.08.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, sözügedən bağ evinin texniki pasportda göstərilmiş baş plandakı konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq mövcuddur. Faktiki hasar daxili torpaq sahəsi 2630 kv.m təşkil edir. Bunun 114 kv.m və *6 kv.m hissəsi artıq torpaq sahəsidir. Mülkiyyətdə olan sahənin 40 kv.m hissəsi hasardan kənarlaşdırılaraq yola daxil olunmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixli rəydən görünür ki, baxış zamanı torpaq sahəsinin sənəd üzrə sahə 2*00 kv.m, faktiki olaraq 2630 kv.m təşkil etməsi məlum olmuşdur. Texniki pasport ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqləri var. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2*.06.2021-ci il tarixli və 0*.08.2021-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2198 saylı bağ evinin texniki pasportunda göstərilmiş baş plandakı konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq mövcuddur. Faktiki haar daxili torpaq sahəsi 2630,0 kv. m. təşkil edir. Bunun 114 kv. m. və *6 kv. m. hissəsi artıq torpaq sahəsidir. Mülkiyyətdə olan sahənin 40,0 kv. m. hissəsi hasardan kənarlaşdırılaraq yola daxil olmuşdur. Torpaq sahəsinin sənəd üzrə ölçüləri keçmiş DTKX-nin kadastr planına uyğun tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, arxiv texniki pasportunda işarələnmiş torpaq sahəsinin əvvəlki giriş qapısı bağlanmış və yol tərəfdən iki ədəd qapı açılmışdır. Texniki pasportda torpaq sahəsinin dəmir torla sərhədlənmiş hissəsi mişar daşı ilə hasarlanmış (bu hissədə 46,0 kv. m. azalmışdır), dalan tərəfdən isə *6,0 kv. m. torpaq sahəsi artırılmışdır. Sənəd üzrə torpaq sahəsi 2*00,0 kv. m. olsa da, mövcud vəziyyətdə 2630,0 kv.m. təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 2*00,0 kv. m., faktiki olaraq isə 2630,0 kv. m. təşkil edir. Texniki pasport ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqləri var. Texniki pasport keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı əsasında qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə icra hərəkəti aparılan ünvana yerli baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Buna görə də şikayət rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbqaycan Respublikasının Qanunun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən icra xidmətinin icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür 8-ci maddəsinə əsasən icra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Maraqlı şəxs icra məmuru Yaqub Qafarov tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-*8/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasi ilə bağlı icra hərəkətləri qanunamüvafiq qaydada aparılmışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən icra sənədində göstərilən ünvana baxış keçirilmişdir. Həmçinin məhkəmə tərəfindən həmin ünvana yerli baxış keçirilmişdir. Həmin ünvana dair icra hərəkətləri aparılan zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məktubları nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 hərəkətlərindən şikayəti rədd edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 hərəkətlərindən şikayəti rədd edilsin.. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar