Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-1/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Tələbkar X1 nümayəndəsi X3 iştirakı ilə, Tələbkar X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(003)- 1670/2010 saylı qiyabi qətnaməsi ilə ona ödənilməli olan pul məbləğinin indeksasiya edilərək tutulmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X7 Kamandarovna Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(003)-1670/2010 saylı qətnaməsi ilə ona ödənilməli olan 12168 manat pul məbləğinin indeksasiya edilərək tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1670/2010 saylı 02 dekabr 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh Əhmədov Cavad Şərif oğlu ilə aralarında olan nikah qeydi pozulmuş, övladları 16 sentyabr 2006-cı il təvəllüdlü X4 onun yanında saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Əhmədov Cavad Şərif oğlundan hər ay 72 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin, sözügedən qətnamə əsasında alimentin hesablanması və ödənilməsi 03 avqust 2010-cu il tarixdən hesablanmışdır. xx.xx.2010-cu il tarixdən bu günədək cavabdeh tərəfindən ona heç bir aliment ödənişi edilməmiş, qətnamənin icrasını təmin etməmişdir. Məhkəmə iclasında tələbkar X1 nümayəndəsi X6 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizənin izahatı kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu Əhmədov Cavad Şərif oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1670/2010 saylı xx.xx.2010-cu il tarixli qiyabi qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilməklə iddiaçı Məmmədova (nikahdan əvvəl Əhmədova) Elina Kamandarovna ilə cavabdeh X8 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən akt qeydləri kitabında 243 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X4 iddiaçı Məmmədova (Əhmədova) Elina Kamandarovnanın yanında qalması, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay 72 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Əhmədova) Elina Kamandarovnaya ödənilməsi, alimentin hesablanması və ödənilməsinin xx.xx.2010-cu il tarixdən hesablanması qət edilmişdir. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 5099 saylı arayışından görünür ki, borclu X8 tərəfindən X1 xeyrinə ümumilikdə 12168 manat aliment borcu ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 9/9621 saylı rəyindən müəyyən olunur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması nəzərə alınmaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(003)- 1670/2010 saylı qətnaməsi ilə ödənilməli olan alimentin xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün (hər il üzrə ayrı) indeksləşdirilməsi aşağıdakı kimidir: 2011-ci ildə 2010-cu ilə nisbətən istehlak qiymətləri indeksi 107.9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 7.9 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 288,00x7,9%=22,75 manat. 2012-ci ildə 2011-ci ilə nisbətən istehlak qiymətləri indeksi 101.1 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1.1 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 1152,00x1,1%=12,67 manat. 2013-cü ildə 2012-ci ilə nisbətən istehlak qiymətləri indeksi 102.4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.4 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 2016,00x2,4%-48,38 manat. 2014-cü ildə 2013-cü ilə nisbətən istehlak qiymətləri indeksi 101.4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1.4 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 2880,00x1,4%=40,32 manat. 2015-ci ildə 2014cü ilə nisbətən istehlak qiymətləri indeksi 104.0 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 4.0 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 3744,00x4,0%=149,76 manat. 2016-cı ildə 2015-ci ilə nisbətən istehlak qiymətləri indeksi 112.4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 12.4 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 4608,00x12,4%-571,39 manat. 2017-ci ildə 2016-cı ilə nisbətən istehlak qiymətləri indeksi 112.9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 12.9 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 5472,00x12,9%=705,89 manat. 2018-ci ildə 2017-ci ilə nisbətən istehlak qiymətləri indeksi 102.3 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.3 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 6336,00x2,3%=145,73 manat. 2019-cu ildə 2018-ci ilə nisbətən istehlak qiymətləri indeksi 102.6 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.6 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir:7200,00x2,6%-187,20 manat. 2020-ci ildə 2019-cu ilə nisbətən istehlak qiymətləri indeksi 102.8 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.8 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 8064,00x2,8%-225,79 manat. 2021-ci ildə 2020-ci ilə nisbətən istehlak qiymətləri indeksi 106.7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 6.7 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 8928,00x6,7%-598,18 manat. 2022-ci ildə 2021-ci ilə nisbətən istehlak qiymətləri indeksi 113.9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 13.9 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 9792,00x13,9%-1361,09 manat. 2023-cü ildə 2022-ci ilə nisbətən istehlak qiymətləri indeksi 108.8 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 8.8 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 10.656,00x8,8%-937,73 manat. 2024-cü ildə 2023-cü ilə nisbətən istehlak qiymətləri indeksi 101.2 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1.2 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir:11520,00x1,2%-138,24 manat. 2024-cü ilin oktyabr ayınadək olan istehlak qiymətləri indeksi 102.6 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.6 faiz artmış nəticədə həmin dövr üzrə ödənilməli olan alimentin məbləği indeksasiyaya ilə birgə nəzərə alınmaqla aşağıdakı kimidir: 12.168,00x2,6%- 316,37 manat. Beləliklə, Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması nəzərə alınmaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(003)- 1670/2010 saylı qətnaməsi ilə X2 ödənilməli olan alimentin xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün indeksasiyası 17.629,49 (12.168,00+5461,49) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2.-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3.-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İstinad olunan prosessual normaların tələbindən müəyyən olunur ki, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirməsi mümkündür. Məhkəmə qeyd edir ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərərəti yaranır. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.1992-ci il Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun indeksləşdirmənin mahiyyəti və məqsədini müəyyən edən 1-ci maddəsində qeyd edilmişdir ki, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, indeksasiya edilməli olan pul məbləği məhz ekspertiza rəyində göstərilən məbləğdə ola bilər. Bu səbəbdən həmin ekspert rəyi indeksasiya edilməli olan pul məbləğinin müəyyən edilməsi üçün əsas götürülməli və X5 tutulmalı olan pul məbləği xx.xx.2010-cu il tarixdən xx.xx.20214-cü il tarixədək olan dövr üçün 17629,49 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından, tələbkarın indeksasiya tələbi əsaslıdır. Ona görə də X5 5461,49 (17629,49- 12168=5461,49) manat məbləğində pul X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri borclu C.Ş.Əhmədova aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ Ərizə təmin edilsin. X5 5461,49 manat məbləğində pul X1 xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat borclu X5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-1/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-1/2025
11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver