Məhkəmə qərarları › İş №8(003)-10/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-10/2024

11.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-10/2024 11.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Borclu iştirakı ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2966/2022-014 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2966/2022-014 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu cavabdehlər Borclu və X6 tərəfindən X4 barəsində İnstagram sosial şəbəkəsində qeyd olunmuş alçaq, arsız, bic doğan, biqeyrət, bivec, bambılı, əqidəsiz, ruhi xəstə, tula, həşərat, tərbiyəsiz, ləçər, səviyyəsiz, şərəfsiz, üz qarası və s. söz və ifadələr X4 şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilmiş, shehid_gizir_perviz_memmedli, xtq_shehid_perviz_memmedli, periw72 instagram hesablarında X7 barəsində yazılmış məlumatların təkzib olunaraq, X2 üzr istənilməsi vəzifəsi cavabdehlər Borclu və X3 üzərinə qoyulmuş, cavabdehlər Borclu və X1 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X5 verilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 6 (altı) manat cavabdehlər Borclu və X1, 114 (bir yüz on dörd) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41NАBZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Hazırda Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev qeyd olunan icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2966/2022-014 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu və X6 tərəfindən X4 barəsində İnstagram sosial şəbəkəsində qeyd olunmuş alçaq, arsız, bic doğan, biqeyrət, bivec, bambılı, əqidəsiz, ruhi xəstə, tula, həşərat, tərbiyəsiz, ləçər, səviyyəsiz, şərəfsiz, üz qarası və s. söz və ifadələr X4 şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilmişdir. shehid_gizir_perviz_memmedli, xtq_shehid_perviz_memmedli, periw72 instagram hesablarında X7 barəsində yazılmış məlumatların təkzib olunaraq, X2 üzr istənilməsi vəzifəsi cavabdehlər Borclu və X3 üzərinə qoyulmuşdur. Cavabdehlər Borclu və X1 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X5 verilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 6 (altı) manat cavabdehlər Borclu və X1, 114 (bir yüz on dörd) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatı etiraf etməyərək bildirdi ki, o, borcunu hissə hissə ödəyir, lakin üzür istəməmişdir. İcra məmuru onu bir dəfə dəvət edib və onda da icra şöbəsinə gəlmişdir. Başqa vaxt icra məmuru onu icra şöbəsinə dəvət etməmişdir. Bu səbəbdən də təqdimatın rədd edilməsini xahiş edir. İcra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, mövcud qanunvericiliyin mahiyyətinə əsasən məcburi gətirilmə tədbiri icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunur. Hazırki təqdimatda isə icra məmuru tərəfindən Borclu onun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması qeyd edilsə də, bu barədə hər hansı sübut əlavə olunmamışdır. Bundan əlavə təqdimatdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2966/2022-014 saylı xx.xx.2022-ci il tarixli saylı icra sənədi üzrə icra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilsə də, bu barədə təqdimatla məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət olunmuşdur. Yəni prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ərizində müraciət olunmamışdır. Həmçinin işdə olan sənədlərdən müəyyən olunur ki, icra məmuru borclunu xx.xx.2023-cü ildə şöbəyə dəvət etmiş və o halda da borclu şöbəyə gəlmişdir. Qalan hallarda isə borclunun icra şöbəsinə dəvət edilməsi müəyyən edilmədi. Həmçinin məhkəmə iclasından iştirak edən Borclu icra məmurunun çağırışlarından yayınmdağını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmədiyindən borclu barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq edilməsinə də zərurət yoxdur. Buna görə də təqdimat rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2966/2022-014 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar