Məhkəmə qərarları › İş №8(003)-101/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-101/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-101/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli məhkəmə əmrinə dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsi barədə tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələbkar "xxxx" ASC tərəfindən şikayətlə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli məhkəmə əmrinə dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə, cəmi 906,35 manat məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmiş və icra sənədi icra olunması üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə əmrinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar "xxxx" ASC tərəfindən Xəzər rayon icra şöbəsinə qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirməsilə bağlı 28 noyabr 2023-cü il tarixində müraciət ünvanlanmış, Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar tələbkar "xxxx" ASC-yə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli məhkəmə əmri üzrə Borclu "xxxx" ASC-yə hazırki tarixə qalıq borcu 926,35 manat təşkil edir. Bundan başqa Xəzər rayon icra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tərtib olunmamış, həmçinin adı çəkilən akt tələbkara təqdim edilməmişdir. Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, 08 yanvar 2024-cü il tarixli cavab məktubu isə tələbkara 11 yanvar 2024-cü il tarixdə təqdim edilmişdir. Hazırki iş üzrə Xəzər rayon icra şöbəsinə müraciətlər olunsa da qeyd edilən qərar tələbkara təqdim edilməmişdir. Bu hal icra sənədinin icrasız qalmasına, borcluların məhkəmə qərarının icrasından yayınmasına səbəb olmaqdadır. Qeyd olunan xüsusatların nəzərə alınmasını, göstərilən icra sənədi üzrə icra məmuru tərəfindən məhkəməyə təqdim olunmuş geri qaytarılma qərarının nüsxəsinin sübut kimi məhkəmənin arxivdən çıxarılmasını və ya icra qurumundan tələb olunmasını xahiş edilmişdir. İcra işi üzrə Borclu, tələbkar "xxxx" ASC və Bakı şəhəri Xəzər rayon icra şöbəsi şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, (nümayəndələr) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət rədd edilməli, bununla yanaşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli məhkəmə əmrinə dair təkrar icra vərəqəsi verilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Borclu 30 iyul 2014-cü il tarixli, **********1944112 nömrəli öhdəlik müqaviləsi üzrə 906,35 manat borcvə 20 manat dövlət rüsumu kreditor "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 08 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli - Borclu barəsində olan icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bununla yanaşı şikayətdə qeyd edilən qərarın tələbkar "xxxx" ASC-yə təqdim olunmadığı bildirilmişdir. Məhkəmə tərəfindən icra işinin təqdim olunması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Borclu barəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli icra sənədi elektron sistemə əsasən “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən 24 dekabr 2020-ci il tarixli qərarla məhkəməyə qaytarılmışdır. Həmçinin qeyd olunan icra sənədi arxiv sənədləri arasında aşkar edilməmişdir. Eyni zamanda məhkəmənin arxivində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli məhkəmə əmrinə əsasən toplanmış materialda icra sənədinin geri qaytarılması barədə qərar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən 24 dekabr 2020-ci il tarixli qərarla məhkəməyə qaytarılması Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən bildirilsə də, bu barədə qəbul edilmiş qərar məhkəməyə təqdim edilməmiş, eləcə də həmin qərar mülki işin materiallarında mövcud olmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, mövcud olmayan qərarın ləğv edilməsinə yönəlmiş şikayət təmin edilə bilməz. Bu əsasla da şikayət rədd edilməlidir. Bununla belə hazırki vəziyyətdə nə qədər ki, icra şöbəsi tərəfindən qeyd olunan icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılması bildirildiyindən, eləcə də bu barədə qərar mövcud olmadığından məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli məhkəmə əmrinə dair icra vərəqəsi təkrar icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət rədd edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3299/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli məhkəmə əmrinə dair icra vərəqəsi təkrar icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar