Məhkəmə qərarları › İş №8(003)-102/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-102/2023

19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-102/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2108/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2108/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2108/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkarnın övladı xx.xx.2015-ci ıl təvəllüdlü X1 ilə hər həftənin çərşənbə axşamı və cümə günü saat 14:00-dan 19:00-dək atası Borclu Zakir oğlunun iştirakı olmadan ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Xəzər rayon icra şöbəsinin icraatına daxil olmuşdur və həmin vaxtda icraata başlanılmışdır. Bundan sonra icra işinin icrasını həyata keçirmək mümkün olmamışdır. Belə ki, Borclu Zakir oğlu şöbəyə uşağın təhsil aldığı 261 saylı liseyn arayışını təqdim etmişdir və həmin arayışa əsasən uşaq icra vərəqəsində qeyd olunan vaxtlarda məktəbdə təhsil alır. Bundan sonra xx.xx.2023-cü il tarixdə icra şöbəsində uşaqla ünsiyyətin təmin edilməsi prosesi təyin edilmişdir. Lakin, tələbkar ona icra vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq iştirak etməmişdir. İcra yekunlaşdıqdan sonra borclu hazırki ünsiyyətdə iştirak etmək üçün çətinliklə uşağı dərsdən icazə ilə gətirdiyini qeyd etmiş və bundan sonrakı görüşləri uşağın dərsdə olduğu dövrdə təmin edə bilməyəcəyini bildirmişdir. Bunları əsas tutaraq icra sənədində ünsiyyət vaxtının icrası hissəsində çətinlik yaranmışdır. Qeyd olunanlara əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və Azərbaycan Respublikası MPM-in 231-ci maddələrin əsasən qeyd olunan icra sənədinin icra olunmasına dair izah verilməsini xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsi və iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2108/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin izah edilməsinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2108/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Tələbkarnın xx.xx.2015-ci il təvəllüdlü X1 ilə ardıcıl olaraq hər həftənin çərşənbə axşamı və cümə günü saat 14:00-da 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilməlidir. Həmin icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2108/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, iddiaçı Tələbkarnın cavabdeh Borclu Zakir oğluna qarşı uşaqla ünsiyyət tələbinə dair iddiası qismən təmin edilməklə iddiaçı Tələbkarnın xx.xx.2015-ci il təvəllüdlü X1 ilə ardıcıl olaraq, hər həftənin çərşənbə axşamı və cümə günü saat 14:00-da 19:00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi məhkəmə aktına izah verilməsi məsələsi onun məzmununun dəyişdirilməsi ilə məhdudlaşdırmışdır. Başqa sözlə, məhkəmə aktına verilən izah həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ qətnamənin məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İşin araşdırılmış hallarından görünür ki, icra sənədində və həmin icra sənədinin verilməsinə əsas olmuş qətnamənin nəticə hissəsində aydın və dəqiq olmayan, hər hansı bir ziddiyyət təşkil edən ifadələr, qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədində və həmin icra sənədinin verilməsinə əsas olmuş qətnamədə qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud olmadığından ərizə əsassızdır və təmin edilməməldir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2108/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin izah verilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2108/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar