Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-102/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Tələbkar Borclu iştirakı ilə, Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)- 5167/2016 saylı qətnaməsinə əsasən müəyyən edilmiş məbləğ artırılaraq , borcludan hər ay onun xeyrinə uşaqların saxlanması üçün yetkinlik yaşına çatanadək müraciət etdiyi vaxtdan sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının müvafiq həcmi həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)-5167/2016 saylı qətnaməsi ilə nikah pozulmuş və xx.xx.2016cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il tarixli X2 yetkinli yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə hər ay hər uşaq, 117 manat məbləğində aliment təyin edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)- 5167/2016 saylı qətnaməsinə əsasən müəyyən edilmiş məbləğ artırılaraq, borcludan hər ay onun xeyrinə uşaqların saxlanması üçün yetkinlik yaşına çatanadək müraciət etdiyi vaxtdan sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının müvafiq həcmi həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ehtiyac olmadığı üçün alimentin artırılması ilə bağlı mütaciət etməmişdir. Hazırda uşaqlar musiqi həm də orta məktəbə gedirlər, həmçinin uşaqlar əməlliyat olunmalıdırlar. Ərizənin təmin olumasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin təmin olunmasına etiraz etdi və bildirdi ki, 2020-ci il tarixində ailə qurmşdur və himayəsində iki azyaşlı uşağı vardır. Yaşayış vəziyyəti yaxşı deyildir. Məhkəmə borclunun izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)- 5167/2016 saylı qətnaməsinin surətindən görünür ki, Tələbkar ilə Borclu arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 720 sayla qeydə alınmış nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il tarixli X6 nikah pozulduqdan sonra anaları X3 himayəsində qalmışdır. xx.xx.2016-cı il tarixdən başlayaraq Borclu X5 xeyrinə, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il tarixli X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Tələbkar və Borclu xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il tarixli X6 adlı uşaqları vardır. Məhkəmə iclasında müəyyən edildi ki, tələbkar X7 ilə Borclu arasında xx.xx.2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il tarixli X6 anadan olmuşdur. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)-5167/2016 saylı qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 720 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il tarixli X6 nikah pozulduqdan sonra anaları X3 himayəsində qalmışdır. xx.xx.2016-cı il tarixdən başlayaraq Borclu X5 xeyrinə, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il tarixli X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün Borcludən alimentin tutularaq Tələbkara verilməsi müəyyən edilsə də, hazırda ölkə üzrə yaşayış minimumu məbləğinin artmasını nəzərə alaraq tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasının tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2016-cı il üçün ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmişdir. Göründüyü kimi, 2016-cı ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 105,0 manat təşkil etmiş, məhkəmə tərfindən uşağın saxlanması üçün 117 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 1,11 (117:105) mislini təşkil etmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025 ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)- 5167/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il tarixli X1 üçün , Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)-5167/2016 saylı qətnaməsi ilə ilə Borclu X5 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il tarixli X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)-5167/2016 saylı qətnaməsi ilə Borclu X5 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-102/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-102/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver