Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-103/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1319/2019 nömrəli, 20 may 2019-cu il tarixli icra sənədi üzrə Borclu məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1319/2019 nömrəli, 20 may 2019cu il tarixli icra sənədinə əsasən, Borclu cəmi 10933.61 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq «Nikoyl İKB» AÇİQ SƏHMDAR CƏMİYYƏTİnin xeyrinə ödənilməlidir. Hazırda qeyd olunan icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi 16.07.2019-cu il tarixdə icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron icra” sistemindən əldə olunmuş məlumata əsasən, Borclu adına ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi aşkar olmuşdur. Göstərilənlərə və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə əsasən Borclu adına olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi üzərinə həbs qoyulması barədə müvafiq qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tələbkarın nümayəndəsini dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1. maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni zamanda, həmin Qanunun 50.2. maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılan hallarından məlum olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1319/2019 nömrəli, 20 may 2019-cu il tarixli saylı icra sənədi üzrə borc hal-hazırki vaxtadək ödənilməmiş, beləliklə, borclu tərəfindən icra sənədinin icrası təmin olunmamışdır. İş materiallarında olan, “Elektron icra” sistemindən çıxarışdan görünür ki, Borclu adında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1319/2019 nömrəli, 20 may 2019-cu il tarixli saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Borclu məxsus hissəsinin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1319/2019 nömrəli, 20 may 2019cu il tarixli saylı icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Borclu məxsus hissəsinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-103/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-103/2022
29.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver