Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-103/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin -icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Borclu məxsus “MMZ 4502” yük markalı, ** OT *** dövlət qeydiyyat nişanlı və “VAZ 2123 CHEVROLET NİVA” minik markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-3776/2022 nömrəli icra sənədinə əsasən Borclu 2908,65 manat məbləğində pul vəsaiti və 50,4 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “MMZ 4502” yük markalı, ** OT *** dövlət qeydiyyat nişanlı və “VAZ 2123 CHEVROLET NİVA” minik markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlaklarının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimat vermiş Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, icra məmuru, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-3776/2022 saylı icra vərəqəsindən görünür ki, iddiaçı BANK "xxxx" ASC-nin xeyrinə cavabdehlər X1 və Borclu müştərək qaydada 2908,65 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 50,40 manat məbləğində pul tutulmalıdır. -Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli 2(003)- 3776/2022 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. -Tələbkar tərəfindən Xəzər rayon İcra Şöbəsinə İcra haqqında Qanunun 43 və 50-ci maddələrinə əsasən verilmiş ərizənin surətindən görünür ki, tələbkar icra sənədinin icra edilməsi məqsədi ilə bank qarşısında olan öhdəliyin Borclu mülkiyyətində olan avtomobillərə yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət edilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat imtahan idarəsinin tələbkar Bank "xxxx" ASC-yə ünvanladığı məktuba əlavə edilmiş çıxarışın surətindən görünür ki, Borclu mülkiyyətində “MMZ 4502” yük markalı, ** OT *** dövlət qeydiyyat nişanlı və “VAZ 2123 CHEVROLET NİVA” minik markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci (45.2-45.3, 45.5-45.6cı) maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 3776/2022 saylı icra sənədinin təmini ilə bağlı borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Belə ki, borclu tərəfindən borc ödənilmədiyi təqdirdə qanuni qüvvəsini almış qətnamənin icrası gecikdirilməklə bərabər, tələbkarın maraqları pozulur ki, bu da yolverilməzdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-3776/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “MMZ 4502” yük markalı, ** OT *** dövlət qeydiyyat nişanlı və “VAZ 2123 CHEVROLET NİVA” minik markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-103/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-103/2023
26.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver