Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-104/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru Yaqub Qafarovun icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2739/2020-008 nömrəli, xx.xx.2020-cı il tarixli icfa sənədinə əsasən Borclu hər ay 1 uşagın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Görülmüş icra tədbirləri zamanı Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra məmurunun əsaslandırılmış təqdimatı əsasında tələbin şəxsi əmlaka yönəldilməsi məqsədi ilə Xəzər Rayon Məhkəməsinin 8(003)-22/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan "VAZ 21074" minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2739/2020-008 nömrəli, xx.xx.2020-cı il tarixli icra sənədi üzrə başlanmış icraata borc tam ödənildiyi üçün xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-22/2021 saylı, xx.xx.2021:ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə dair qərardad verilməsi xahiş olunur. Proses iştirakçılarının izahatı Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, tələbkar və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2739/2020-008 nömrəli, xx.xx.2020-cı il tarixli icfa sənədinə əsasən Borclu hər ay 1 uşagın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-22/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan "VAZ 21074" minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2739/2020-008 nömrəli, xx.xx.2020-cı il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmənin mövqeyi Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Həmin qərardan görünür ki, icra sənədində qeyd olunan tələb borclular tərəfindən tam şəkildə təmin olunmuşdur. Təqdimata əlavə edilmiş Tələbkar Bakı şəhəri Xəzər rayon icra şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, borlcu Borclu icra sənədi üzrə borcunu tamamilə ödədiyini, icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, icra sənədi üzrə borcun tam ödənildiyini, icra sənədi üzrə icraata xitam verilməsini, bununla da mənzilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-22/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan "VAZ 21074" minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-22/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan "VAZ 21074" minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-104/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-104/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver