Məhkəmə qərarları › İş №8(003)-106/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-106/2024

23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-106/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5065/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 5065/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən X2 "xxxx" ASC-nin xeyrinə, cəmi 764,71 manat məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmiş və icra sənədi icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə əmrinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X6 tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar "xxxx" ASC tərəfindən Xəzər rayon icra şöbəsinə qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirməsilə bağlı xx.xx.2023-cü il tarixində müraciət ünvanlanmış, Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar tələbkar "xxxx" ASC-yə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. Onu da qeyd etməliyik ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-5065/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə borclu X4 "xxxx" ASC-yə hazırki tarixə qalıq borcu 678,55 manat təşkil edir. Xəzər rayon icra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tərtib olunmamış, həmçinin adı çəkilən akt tələbkara təqdim edilməmişdir. Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İş üzrə proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mübariz Abbasovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5065/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5065/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən, X2 cəmi 784,71 manat məbləğində pulun tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5065/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri icra edilməsi üçün Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mübariz Abbasov xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5065/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə icra sənədinin icra edilmədən geri qaytarılması barədə qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. X1 icra sənədində göstərilən ünvanında olduq, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadı və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. Göründüyü kimi, icra sənədi icra edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Mübahisələndirilən qərardan görünür ki, icra məmuru icra sənədinin geri qaytarılmasına əsas kimi, borclu X3 əmlak vəziyyətinin yoxlanması məqsədi ilə müvafiq orqanlara sorğular göndərilməsinə, həmin sorğulara əsasən fiziki şəxsin heç bir əmlakının olmadığının məlum olmasına və həmçinin xx.xx.2020-ci il tarixdə borclu şəxsin yaşadığı ünvanına baxış keçirilərkən tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olunmamasına istinad etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, icra məmuru borclunun yaşadığı ünvanda olmuş və borcun yönəldilə biləcəyini heç bir əmlak aşkar olunmamışdır. Məhkəmə tərəfindən icra məmurunun istinad etdiyi halların yoxlanılması məqsədilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5065/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə icra sənədi ilə əlaqədar icra işi Xəzər Rayon İcra Şöbəsinindən tələb edilmiş və icra işi məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş icra işindən müəyyən olunur ki, icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərin olub-olmaması barədə banklara sorğular verilməsi qərarda göstərilsə də, icra işində həmin sorğuların verilməsi aşkarlanmamışdır. Həmçin icra işindən görünür ki, icra məmuru tərəfindən şəxsin yaşadığı ünvanına baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olunmaması müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, borclunun əmlakına baxış keçirilərkən tələbkarın icraatda iştirakının təmin olunması barədə məlumatın verilməsi barədə sübut icra işində müəyyən olunmamışdır. Belə ki, icra haqqında Qanunun 32-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Qanunvericiliyin tələbindən görünür ki fiziki şəxslər icraatda şəxsən və və ya nümayəndələri vasitəsi ilə iştirak edə bilərlər. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Odur ki, ərizə əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5065/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xəzər rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-cı maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mübariz Abbasovun Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ- 6153 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar