Məhkəmə qərarları › İş №8(003)-11/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-11/2023

19.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-11/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasov - icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 5340/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclular X2 və Borclu müştərək qaydada əsas borca görə 9868,9 manat, faiz borcuna görə 1016,18 manat, cərimə borcuna görə 300 manat, ümumilikdə 11185,08 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaklara yönəldilməsi məqsədi ilə Xəzər rayon məhkəməsinin 8(003)-312/2021 saylı, xx.xx.2021-cı il tarixli qərardadına əsasən borclu X1 məxsus olan “VAZ 21063” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasınını xahiş etmişdir. Göstərilənlərə əsasən borclu X1 məxsus olan “VAZ 21063” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra və probasiya şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-5340/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclular X2 və Borclu müştərək qaydada əsas borca görə 9868,9 manat, faiz borcuna görə 1016,18 manat, cərimə borcuna görə 300 manat, ümumilikdə 11185,08 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu adına “VAZ 21063” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov Borclu məxsus “VAZ 21063” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-312/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir və Borclu məxsus “VAZ 21063” minik markalı, **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Bakı şəhəri Xəzər rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, itələbkar icra sənədi üzrə borcun tam ödənildiyindən icra sənədinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərarın sürətindən görünür ki, 2(011)-5340/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, icra sənədi üzrə borcun tam ödənildiyini, tələbkarın icra sənədinə xitam verilməsini xahiş etdiyin və icra sənədi üzrə icraata xitam verildiyini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)- 312/2021 saylı qərardadı ləğv edilməli, Borclu məxsus “VAZ 21063” minik markalı, **-KB- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-312/2021 saylı qərardadı ləğv edilsin. Borclu məxsus “VAZ 21063” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar