Məhkəmə qərarları › İş №8(003)-11/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-11/2025

08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-11/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(003)- 2819/2021 saylı icra sənədi üzrə Borclu tərəfindən Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2819/2021 saylı qətnaməsinə əsasən taxt (yataq dəsti), 2 tumba, termo və şifonerdən ibarət yataq dəsti, 01 ədəd taxt döşəyi, 01 ədəd taxt yorğanı, 20 manat dəyərində 01 ədəd sintifon yorğan, 90 manat dəyərində 01 ədəd matras, 10 manat dəyərində 02 ədəd sintifon yastıq, 120 manat dəyərində 06 ədəd yastıq, 300 manat dəyərində 10 ədəd adyal, 60 manat dəyərində 01 ədəd yun döşək, 80 manat dəyərində 1* ədəd əl-üz dəsmalı, 60 manat dəyərində 16 ədəd çay dəsmalı, 120 manat dəyərində 06 ədəd masa örtüyü, 60 manat dəyərində 02 ədəd yataq geyimi, 480 manat dəyərində 06 ədəd yataq naboru (rexd prost), *0 manat dəyərində 01 dəst uşaq yataq naboru, 120 manat dəyərində 02 ədəd böyük hamam xalatı, 60 manat dəyərində 06 ədəd bədən dəsmalı, 300 manat dəyərində 01 dəst taxt otağı üçün pərdə naboru, 100 manat dəyərində 02 ədəd qonaq otağı üçün pərdə, 300 manat dəyərində 01 ədəd kaşmir xalça, 2x3 avanqard, 2*0 manat dəyərində 01 ədəd Gəncə xalçası 2x3, 160 manat dəyərində 01 ədəd Təbriz xalçası 2x3, 240 manat dəyərində 2 ədəd xalça 3x4, 2*0 manat dəyərində 01 ədəd divar deşən prevarator, 120 manat dəyərində 02 ədəd saç qurudan fen, 4* manat dəyərində 01 ədəd saç düzləşdirici fen, 40 manat dəyərində 01 ədəd ütü altlığı, 60 manat dəyərində 1 ədəd ütü Supermax, 300 manat dəyərində 01 ədəd masa (3 metrlik), 120 manat dəyərində 06 ədəd stul, 300 manat dəyərində 01 ədəd divan, 60 manat dəyərində 01 ədəd balaca masa, *00 manat dəyərində 01 ədəd televizor 82 diaqonal Supermax, *0 manat dəyərində 01 ədəd DVD Supermax, 8* manat dəyərində 0* ədəd suvenir, 300 manat dəyərində 02 ədəd tozsoran, 30 manat dəyərində 01 ədəd tabletka, 1* manat dəyərində 01 dəst ev silən nabor, 2*0 manat dəyərində 02 ədəd bagema meyvə qabı, *0 manat dəyərində 2 ədəd qara meyvə qabı, 100 manat dəyərində 1 ədəd meduza meyvə qabı, 1*0 manat dəyərində 2 ədəd bagema qənd qabı, 3* manat dəyərində 1 ədəd sadə meyvə qabı, 120 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 20 manat dəyərində 1 ədəd quşlu qənd qabı, 7* manat dəyərində 1 ədəd bagema su naboru, *0 manat dəyərində 1 ədəd dumanlı su naboru, *0 manat dəyərində 1 ədəd qara su naboru, 7* manat dəyərində 1 ədəd xrustal güldan, 7* manat dəyərində 6 ədəd xustal rumka və s. əşyaların cavabdehlər Borclu və X1 alınaraq Tələbkar verilməsi, Tələbkar xeyrinə 12 qramlıq komplekt dəstin (üzük-sırğa dəsti) dəyəri olan 1080,0 manat, 12 qramlıq yolka formalı qolbağın dəyəri olan 1080,0 manat, 2* qramlıq yolka formalı boyunbağının dəyəri olan 22*0,0 manat, 3,* qramlıq 0,20 karat brilyant qaşlı üzüyün dəyəri olan *00,0 manat,4 qramlıq nişan üzüyünün dəyəri olan 360,0 manat, 2,* qramlıq paxlava formalı 01 ədəd üzüyün dəyəri olan 22*,0 manat skripka formalı üzüyün dəyəri olan 360 manat, ümumilikdə qızıl-zinət əşyalarının dəyir olan *8**,0 manat pul (faktiki olaraq naturada mövcud olmamasını nəzərə alınaraq) cavabdeh Borclu tutulması, cavabdehlər Borclu və X1 ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2819/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə barəsində olan məcburi tədbirlərin dayandırılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(003)-2819/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədi Xəzər Rayon İcra Şöbəsinin icraatında daxil olmuş və hazırda icra məmuru Elvin Fərzəliyevin icraatındadır. Eyni zamanda qeyd etmişdir ki, onun aliment öhdəlikləri var və bununla bağlı icra sənədlərinin icrasının təmin edilməsi üçün "xxxx" QSC-yə əmək haqqına yönəldilmiş və əmək haqqından olan tutulmalar 70 % təşkil etmişdir. Buna baxmayaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(003)-2819/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar anasının pensiyasından imkanı olduqca ödənişlər etdiyini, lakin icra məmurunun əsassız olaraq onun barəsində məcburetmə tədbirləri gördüyünü, inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə protokol təqdim etdiyini və icra məmurunun bu hərəkətlərinin qanunsuz olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnaməsinin icrasının məcburiliyini anlasa da, lakin icra məmurunun hərəkətləri vətəndaşın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. O, ailənin saxlanılmasında çətinlik çəkir, əmək haqqından aparılan tutulmalardan sonra ona dolanması üçün qazancından cüzi pul məbləği qalır. Bundan başqa himayəsində yaşlı anası var və ürəyində keçirdiyi əməliyyatdan sonra daimi tibbi preparatlardan istifadə etmək məcburiyyətindədir. Bütün bunlar onun vətəndaş olaraq hüquqlarının kobud surətdə pozulması deməkdir. Qeyd olunanların nəzərə alınaraq Xəzər İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(003)-2819/2021 saylı icra sənədi üzrə barəsində məcburi tədbirlərin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalıdir. Belə ki, iş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 17.0*.2023-cü il tarixli, 2(0*0)-781/2023 saylı qətnaməsindən görünür ki, 01 mart 2012-ci il təvəllüdlü X*, 21 iyun 2014-cü il təvəllüdlü X3 və 1* yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(0*0)-1610/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay aylıq qazancının (başqa gəlirinin) yarısı məbləğindən əlavə olaraq hər uşaq üçün 30 (otuz) manat sabit pul məbləğində tutulan aliment hissəsinin 30 manat miqdarı 20 manat artırılaraq hər ay bir uşaq üçün *0 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2819/2021 saylı qətnaməsindən görünür ki, taxt (yataq dəsti), 2 tumba, termo və şifonerdən ibarət yataq dəsti, 01 ədəd taxt döşəyi, 01 ədəd taxt yorğanı, 20 manat dəyərində 01 ədəd sintifon yorğan, 90 manat dəyərində 01 ədəd matras, 10 manat dəyərində 02 ədəd sintifon yastıq, 120 manat dəyərində 06 ədəd yastıq, 300 manat dəyərində 10 ədəd adyal, 60 manat dəyərində 01 ədəd yun döşək, 80 manat dəyərində 1* ədəd əl-üz dəsmalı, 60 manat dəyərində 16 ədəd çay dəsmalı, 120 manat dəyərində 06 ədəd masa örtüyü, 60 manat dəyərində 02 ədəd yataq geyimi, 480 manat dəyərində 06 ədəd yataq naboru (rexd prost), *0 manat dəyərində 01 dəst uşaq yataq naboru, 120 manat dəyərində 02 ədəd böyük hamam xalatı, 60 manat dəyərində 06 ədəd bədən dəsmalı, 300 manat dəyərində 01 dəst taxt otağı üçün pərdə naboru, 100 manat dəyərində 02 ədəd qonaq otağı üçün pərdə, 300 manat dəyərində 01 ədəd kaşmir xalça, 2x3 avanqard, 2*0 manat dəyərində 01 ədəd Gəncə xalçası 2x3, 160 manat dəyərində 01 ədəd Təbriz xalçası 2x3, 240 manat dəyərində 2 ədəd xalça 3x4, 2*0 manat dəyərində 01 ədəd divar deşən prevarator, 120 manat dəyərində 02 ədəd saç qurudan fen, 4* manat dəyərində 01 ədəd saç düzləşdirici fen, 40 manat dəyərində 01 ədəd ütü altlığı, 60 manat dəyərində 1 ədəd ütü Supermax, 300 manat dəyərində 01 ədəd masa (3 metrlik), 120 manat dəyərində 06 ədəd stul, 300 manat dəyərində 01 ədəd divan, 60 manat dəyərində 01 ədəd balaca masa, *00 manat dəyərində 01 ədəd televizor 82 diaqonal Supermax, *0 manat dəyərində 01 ədəd DVD Supermax, 8* manat dəyərində 0* ədəd suvenir, 300 manat dəyərində 02 ədəd tozsoran, 30 manat dəyərində 01 ədəd tabletka, 1* manat dəyərində 01 dəst ev silən nabor, 2*0 manat dəyərində 02 ədəd bagema meyvə qabı, *0 manat dəyərində 2 ədəd qara meyvə qabı, 100 manat dəyərində 1 ədəd meduza meyvə qabı, 1*0 manat dəyərində 2 ədəd bagema qənd qabı, 3* manat dəyərində 1 ədəd sadə meyvə qabı, 120 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 20 manat dəyərində 1 ədəd quşlu qənd qabı, 7* manat dəyərində 1 ədəd bagema su naboru, *0 manat dəyərində 1 ədəd dumanlı su naboru, *0 manat dəyərində 1 ədəd qara su naboru, 7* manat dəyərində 1 ədəd xrustal güldan, 7* manat dəyərində 6 ədəd xustal rumka və s. əşyaların cavabdehlər Borclu və X1 alınaraq Tələbkar verilməsi, Tələbkar xeyrinə 12 qramlıq komplekt dəstin (üzük-sırğa dəsti) dəyəri olan 1080,0 manat, 12 qramlıq yolka formalı qolbağın dəyəri olan 1080,0 manat, 2* qramlıq yolka formalı boyunbağının dəyəri olan 22*0,0 manat, 3,* qramlıq 0,20 karat brilyant qaşlı üzüyün dəyəri olan *00,0 manat,4 qramlıq nişan üzüyünün dəyəri olan 360,0 manat, 2,* qramlıq paxlava formalı 01 ədəd üzüyün dəyəri olan 22*,0 manat skripka formalı üzüyün dəyəri olan 360 manat, ümumilikdə qızıl-zinət əşyalarının dəyir olan *8**,0 manat pul (faktiki olaraq naturada mövcud olmamasını nəzərə alınaraq) cavabdeh Borclu tutulmalıdır. Cavabdehlər Borclu və X1 ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(003)-363/2024 saylı qərardadından görünür ki, Borclu Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Göründüyü kimi ərizəçi (borclu) barədə iki icra vərəqəsi mövcüddur. Alimentin artırılması ilə bağlı Masallı Rayon Məhkəməsinin 17.0*.2023-cü il tarixli, 2(0*0)-781/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar tələb borclunun əmək haqqısına yönəldilmiş və həmin icra vərəqəsi hazırda borclu tərəfindən icra edilir. Lakin borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 2819/2021 saylı icra vərəqəsinin icrasından yayındığı üçün icra məmuru tərəfindən borclu barəsində icra tədbirləri görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin 1*.2-ci mаddələrinə əsаsən məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi borclu barəsində məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 7*.2-ci maddəsinə əsasən birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən göründüyü kimi birinci növbədə alimentlərin tutulması ilə bağlı tələb icra edilməldir. Bu səbəbdən icra məmuru tərəfindən alimentin tutulması ilə bağlı tələb borclunun əmək haqqına yönəldilmişdir. Digər icra sənədi üzrə tələb borclu tərəfindən üzrsüz olaraq icra edilmədiyi üçün icra məmuru tərəfindən borclunun icra şöbəsinə gətirilməsinə dair təqdimat, həmçinin Azərbaycan Respublikası İXM-nin *28.1-ci maddəsi ilə protokol ilə məhkəməyə müraciət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.2-ci mаddəsinə əsаsən icrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbin icra edilməsi məqsədi ilə borclunun məcburi qaydada icra şöbəsinə gətirilməsinə dair təqdimat, həmçinin onun inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilərək məhkəməyə təqdim edilmişdir.Bu səbəbdən icra məmurunun borclu barəsində həyata keçirdiyi icra tədbirləri qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(003)-2819/2021 saylı icra sənədi üzrə Borclu tərəfindən Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(003)- 2819/2021 saylı icra sənədi üzrə Borclu tərəfindən Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar