Məhkəmə qərarları › İş №8(003)-112/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-112/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-112/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-188/2022 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2187/2017 saylı icra vərəqəsinə əsasən borclu X4, X5, X2, Borclu, X1 cəmi 7797,5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-188/2022 saylı qərardadı ilə Borclu məxsus “VAZ 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “VAZ 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda X3 mülkiyyətindədir. Həmin avtomobil hal-hazırda icra vərəqəsinə əsasən borclu olan şəxsə deyil başqa şəxsə- yəni X6 məxsus olduğundan əmlakın üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-2187/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, X4, X5, X2, Borclu, X1 birgə qaydada 6295,32 manat əsas borc, 1382,18 manat faiz borcu, 100 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7797,5 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. -Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2018-ci il tarixli icraata başlama haqqında qərarının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(003)-2187/2017 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-188/2022 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2187/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə “VAZ 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. -Azərbaycan Respbulikası DİN BDYPİ-dən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “VAZ 21074” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Borclu adından qeydiyyatdan çıxarıldığından Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-188/2022 saylı qərardadını icra etmək mümkün olmamış və bununla bağlı Xəzər rayon İcra Şöbəsinə xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. Nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən hal-hazıradək müddət ərzində X3 adına qeydiyyatdadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin müəyyən edilmiş hallarından görünür ki, üzərinə həbs qoyulmuş əmlak borclu şəxsin deyil, başqasının mülkiyyətindədir. Alqı-satqı müqaviləsi məhkəmənin həbs barədə qərardadından daha əvvəl bağlanmış və müvafiq sənədləşdirmə işləri aparılmışdır. Həmin əmlakın həbsdə qalması icra sənədinə aidiyyəti olmayan üçüncü şəxsin hüquqlarını pozur. Bu isə yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-188/2022 saylı qərardadına əsasən X6 məxsus “VAZ 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-188/2022 saylı qərardadı ləğv edilsin və “VAZ 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar