Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-112/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5038/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5038/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Hazırda tələbkar "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbkar "xxxx" ASC şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində isə İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsinə dair işlərdə ərizənin geri qaytarılması ilə bağlı konkret hüquq norması nəzərdə tutulmadığından bununla əlaqədar olaraq məhkəmə həmin Məcəllənin 13.4-cü maddəsini rəhbər tutub, analoji münasibətləri tənzimləyən hüquq normasına istinad etməyi zəruri hesab edir. Yəni həmin maddənin tələbinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırkı mülki iş ilə əlaqədar isə məhkəmə hesab edir ki, həmin Məcəllənin 170.1-ci maddəsi, yəni iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Həmin maddədə, daha dəqiq ifadə etsək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması əsaslarından biri iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin verilməsidir. Beləliklə məhkəmə hesab edir ki, tələbkar "xxxx" ASC-nin ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-5038/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” Xəzər Rayon İcra Şöbəsinin qərarının ləğv edilməsinə dair şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü , 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-5038/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” Xəzər Rayon İcra Şöbəsinin qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-112/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-112/2024
23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver