Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-115/2022 08.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsi rəhbər tutularaq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı şikayət ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi və icra işinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, qanuna əsasən icra işi o halda xitam olunur ki, tam icra olunsun. İcra şöbəsi tərəfindən heç bir sübuta əsaslanmadan qərar qəbul edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-115/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmişdir. Həmin qərardaddan tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 63/2019 saylı qətnaməsi ilə aliment məbləği 40 manat artırılaraq cəmi 280 manat təyin edilmiş, hesablamalarına görə axırıncı ödəniş çıxıldıqda cəmi 550 manat aliment borcu yarandığını bildirmişdir. Həmçinin bildirmişdir ki, icra məmuru Elmir tərəfindən aparılmış hesablamaya əsasən xx.xx.2020-ci il tarixə kimi 4900 manat məbləğində pul ona ödənilmiş, sonra isə 3800 manat pul məhkəmədə ödənilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-115/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-202/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızının şikayəti təmin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-115/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunaraq Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş materialları geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-202/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, işdən icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə ki, iş materiallarına əlavə edilmiş borclu Gündüz Abbasov barəsində olan Xəzər Rayon Məhkəməsinin hökmü xx.xx.2021-ci il tarixdə çıxarılmasına baxmayaraq, icra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul olunmuş və bu müddət aralığında olan borcun tam ödənildiyi də qərardan görünmür. Belə olan halda isə tam icra olunmamış icra sənədinin icrasına xitam verilə bilməz. Digər tərəfdən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Lakin mübahisələndirilən qərar ümumiyyətlə hər hansı bir formada əsaslandırılmamış, qərarda əsaslandırma kimi yalnız iş üzrə heç bir aliment borcu yoxdur göstərilmişdir. Ancaq birinci instansiya məhkəməsi icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməməsinə əhəmiyyət verməmişdir. Bundan başqa, şikayətdə icra sənədi üzrə borcun tam ödənilməməsinə dair dəlillər, eləcə də borclu X10 Rayon Məhkəməsinin 2(003)-3123/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 550 manat borcu qalması barədə dəlillər göstərilsə də, həmin dəlilləri araşdırmaq üçün birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin ona verdiyi prosessual imkanlarından istifadə etmək əvəzinə, əksinə özünün 22 iyun 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmçinin, Gündüz Abbasov barəsində olan Xəzər Rayon Məhkəməsinin hökmü xx.xx.2021-ci il tarixdə çıxarılmasına baxmayaraq, icra şöbəsi tərəfindən yalnız xx.xx.2022-ci il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul olunmuş və müddət aralığında borcun tam ödənildiyi də açıq-aşkar görünmür. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən ödənişlər tam yerinə yetirilmiş və heç bir borcu qalmamışdır. Yəni, borclu tərəfindən icra sənədi tam icra olunmuşdur. Ona görə də şikayəti əsassız hesab edir və təmin olunmamasını məhkəmədən xahiş etdi. Tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dəfələrlə icra şöbəsinə şikayət etməsinə baxmayaraq icra məmuru işi araşdırmadan icra işinə xitam vermişdir. Borclunun ödədiyi qəbzləri və borcu tam hesablayaraq qalıq borcun çıxarılmasını və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş 195076/2017 nömrəli icra işindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Borclu hər ay bir uşağa görə 120 manat olmaqla, iki uşağa görə cəmi 240 manat sabit aliment qismində pul tutularaq tələbkar X4 ödənilməlidir. Həmin icra işində olan xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli qəbzlərin surətlərindən görünür ki, Borclu tərəfindən tələbkar Nigar Cümşüdovanın hesabına 300 manat, 250 manat və 500 manat, cəmi 1050 manat məbləğində pul məbləğləri köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş 113141/2019 nömrəli icra işindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Borclu xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq Cümşüdova Nigar qızına ödənilməlidir. Həmin icra sənədi xx.xx.2019-cu il tarixdə icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003)-205/2021 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Borclu zərərçəkmiş şəxs X1 07 oktyabr 2020-ci il tarixədək yaranmış 3800,00 (üç min səkkiz yüz) manat aliment borcunu tamamilə ödəyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı və 11 mart 2019-cu il tarixli, 2(003)-63/2019 saylı qətnamələrini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməsi və Borclu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X5 zərərçəkmiş şəxs qismində dindiriliyi zaman 07 oktyabr 2020-ci il tarixədək borclu olduğu cəmi 3800,00 manat aliment borcu tamamilə ona ödənildiyini bildirmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(103)- 984/2021 saylı qərarından görünür ki, zərəçəkmiş şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003)-205/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Bakı Apelyasiya Məhkəməsinin qərarında qeyd olunmuş göstərişlər nəzərə alınmaqla iş üzrə aparılmış məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş cəmi 240 manat sabit pul məbləğində aliment tələbkara borclu tərəfindən xx.xx.2019-cu il tarixədək ödənilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən həmin icra sənədi üzrə tutulmalı olan alimentin məbləği dəyişdirilmiş və həmin qətnamə xx.xx.2019-cu il tarixdə icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Həmçinin müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 saylı xx.xx.2017-ci il tarixli və 2(003)-63/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə, yəni iki icra sənədi üzrə 07 oktyabr 2020-ci il tarixədək yaranmış 3800,00 manat məbləğində borc tələbkara ödənilmişdir. Bundan sonra da borclu tərəfindən cəmi 1050 manat məbləğində pul da tələbkara ödənilmişdir. Məhkəmə, müəyyən olunmuş hallara qiymət verərək qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment, borclu tərəfindən xx.xx.2019-cu il tarixədək ödənilməli olması nəzərə alınaraq, həmin icra sənədi və digər icra sənədi üzrə 07 oktyabr 2020-ci il tarixədək yaranmış borc ödənildiyindən qeyd olunan icra sənədi üzrə borcun qalması müəyyən edilmir. Eyni zamanda tələbkar X5 şikayət ərizəsində Xəzər Rayon Məhkəməsinin 2(003)- 63/2019 saylı qətnaməsinə, yəni məhkəmənin 2(003)-3123/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin verilməsinə əsas olmuş qətnaməyə deyil, başqa yekun məhkəmə aktına (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinə) istinad etməklə 550 manat aliment borcunun yarandığını qeyd etsə də, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə hansı məbləğdə borcun qalması, ümumiyyətlə borcun qalması barədə sübutlar məhkəməyə təqdim etməmişdir, işin araşdırılmış hallarından da borcun qalması müəyyən edilməmişdir. Odur ki, məhkəmə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından tələbkar X5 tərəfindən verilmiş şikayəti əsaslı hesab etmir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarında icra sənədi üzrə heç bir aliment borcunun olmaması qeyd olunsa da, həmin qərardan görünür ki, icra məmuru, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsaslanmaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclunun tələbkara borcunun qalmaması və bununla da icra sənədinin tam icra edilməsi müəyyən edildiyindən icra məmurunun gəldiyi nəticə əsaslıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3123/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(003)-115/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-115/2022
08.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver