Məhkəmə qərarları › İş №8(003)-117/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-117/2025

23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-117/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, X3 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2195/2015 saylı, 15 iyul 2015-ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə olmaqla pensiyasından tutularaq ödənilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X4 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2195/2015 saylı, 15 iyul 2015-ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə olmaqla pensiyasından tutularaq ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2195/2015 saylı, 15 iyul 2015-ci il tarixl qətnaməsinə əsasən X2 "xxxx" ASC-nin xeyrinə 5000 manat sığorta ödənişinin tutulması qət edilmişdir. 2025-ci ilin yanvar ayından etibarən Yardımlı rayon İcra Şöbəsi qətnamənin icrasını onun pensiyasına yönəldib. 2025ci ilin yanvar ayında pensiyasından 155,68 manat, fevral ayında 168,29 manat, mart ayında 134,64 manat pul tutulmuşdur. Pensiya vəsaitinin yarıdan çox hissəsinin tutulması onun maddi vəziyyəti üçün ağırdır. Belə ki, onun pensiyası 313 manat təşkil edir, heç yerdə işləmir, kirayədə yaşayır, şəkərli diabet xəstəsidir. Mütamadi olaraq müalicə alır. Pensiya onun yaşayışını təmin edən yefanə vasitədir. Bu səbəbdən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2195/2015 saylı, 15 iyul 2015-ci il tarixli icra sənədinin icra qaydasını dəyişdirilməklə hər ay pensiya məbləğindən 40 manat məbləğində pul vəsaitinin tutularaq tələbkara ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (borclu) və tələbkar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdirlər və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Göründüyü kimi, qanunvericiliyə əsasən tələbin borclunun pensiyasına yönəldilməsi icra məmuru tərəfindən həyata keçirilən məcburi icra tədbirlərinə aiddir. Bu səbəbdən borclu hazırki ərizəsi ilə məhkəməyə deyil aidiyyəti üzrə icra şöbəsinə müraciət etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 ərizəsinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılması və hüquqi qiymət verilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun borcun hissəhissə olmaqla pensiyasından tutularaq ödənilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ X1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2195/2015 saylı, 15 iyul 2015-ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə olmaqla pensiyasından tutularaq ödənilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar