Məhkəmə qərarları › İş №8(003)-119/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-119/2023

05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-119/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə hissə-hissə icra edilməsinə dair X2 Qüdrət oğlunun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 Qüdrət oğlu ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər rayon məhkəməsinin 2(003)- 2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan iddiaçı X1 xeyrinə 20000,0 (iyirmi min) manat və qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə 10000,0 ABŞ dolları məbləğində pul, ödənmiş dövlət rüsumuna dörə 15 (on beş ) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qeyd edir ki, maddi vəziyyəti çox ağır və acnacaqlıdır. Heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Ailəlidir, iki azyaşlı uşağı var. 2019-cu il Pandemiya dövründən işləri tam dayandı və müştərilərini itirdi və müflis oldu. Bu müddət ərzində fərdi əməklə məşğul olaraq qazandığı pul vəsaitini toparlayaraq bu günə qədər Tural Əmirmətovun “KAPİTAL BANK” hesabına 15000,0 (on beş min) manat pul keçirmişdir. Hal -hazırda işsiz olduğundan və səhətində narahatçılıq olduğundan həmin məbləği ödəməyə imkanı yoxdur. Binə qəsəbəsində yaşadığı evi əmlak bazarında satışa çıxarmış və bir neçə ev alqı-satqısı ilə məşğul olan ofislərə müraciyət etmişdir ki, evi satıb Tural Əmirmətova olan borcunu qaytarsın. Qeyd olunanları nəzərə alaraq qətnamənin hissə-hissə icra edilməsini xahiş edir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru və tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək iddiaçı X1 xeyrinə 20000,0 (iyirmi min) manat və qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə 10000,0 ABŞ dolları məbləğində pul, ödənmiş dövlət rüsumuna dörə 15 (on beş ) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2685/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İsmayılov İslam Qüdrət oğlunun tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-36/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh İsmayılov İslam Qüdrət oğlunun kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2685/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən İsmayılov İslam Qüdrət oğlu isə icra sənədinin icrası üçün ona çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz halların nədən ibarət olması barədə sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da, onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, onun istinad etdiyi hallar məhkəmədə sübut olunmadı. Məhkəmə qeyd edir ki, qətnamənin borclunun tələb etdiyi qaydada hissə-hissə icra edilməsi tələbkarın hüquqlarını və qanuni maraqlarını pozur. Məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alıb, qətnaməni hissəhissə icra etmək üçün müstəsna hal olmadığını əsas tutaraq hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X2 Qüdrət oğlunun ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli əmrinin hissə-hissə icra edilməsi barədə X2 Qüdrət oğlunun ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar