Məhkəmə qərarları › İş №8(003)-120/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-120/2025

22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-120/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, X2 X3 iştirakı ilə, X5 X14 qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 Natiq Ramazan oğluna qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-626/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmalarna görə uşaqlar üçün yaşayış minimuna uyğun müəyyən edilərəkX9 tutularaq ona ödənilməsi barədə qərarda qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, X18 arasında nikah bağlanmışdır. Birgə nikahdan 22 may 2007-ci il təvəllüdlü X16 və 02 mart 2009-cu il təvəllüdlü X19 adlı övladlarımız vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-626/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aramzda 14 oktyabr 2004-cü il tarixdə Əzizbəyov ((Xəzər) rayonu VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 22 may 2007-ci il təvəllüdlü X16 və 02 mart 2009-cu il təvəllüdlü X19 onun himayəmdə saxlanılmış, onların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmuşdur. Qətnamə ilə məhkəmə alimentin miqdarı müəyyənləşərkən “Azərbaycan Respublikasında 2013-cü il və 2021-ci il üzrə yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2013-cü il üçün və 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün müvafiq olaraq 93 manat, 175 manat məbləğində müəyyən edilməsinə istinad etmiş və o əsasla aliment məçləği təyin etmişdir. 2021-2024-cü illər üzrə yaşayış minimumu ilə hazırki yaşayış minimumu arasında kifayət qədər ciddi fərqlər mövcuddur. Belə ki, əvvəlki bazar qiymətləri, dolanışıq xərcləri hazırki vəziyyətdən qat qat aşağı olmuşdur. özü çox ağır vəziyyətdə yaşayır, kirayədə qalır. Çox ağır maddi sıxıntılarla üzləşir, bu işdə köməklik edilməsini, övladlarını boya başa çatdırıb, lazımi səviyyədə təhsil ala bilmələri üçün köməklik göstərilmsini xashiş etmişdir. X4 məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ərizənin təmin olumasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu X18 ərizənin təmin olunmasına etiraz etdi və bildirdi ki, o, uşaqlara görə hər ay 200,0 manat ödəyə bilər. Ərizənin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə tələbkarın və borclunun nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 626/2021 saylı qətnaməsi ilə X17 ilə X18 arasında 14 oktyabr 2004-cü il tarixdə Əzizbəyov (Xəzər) rayonu VVADQ şöbəsində bağlanmış 708 nömrəli akt qeydli nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş 22 may xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X19 nikah pozulduqdan sonra anaları X11 himayəsində qalmışdır. xx.xx.2020-ci il tarixdən başlayaraq X9 X11 xeyrinə, xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X16 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X19 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X6 anaları X15r. Məhkəmə iclasında müəyyən edildi ki, X4 ilə X18 arasında 14 oktyabr 2004-cü il tarixdə Əzizbəyov (Xəzər) rayonu VVADQ şöbəsində rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X19 anadan olmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-626/2021 saylı qətnaməsi ilə X17 ilə X18 arasında 14 oktyabr 2004-cü il tarixdə Əzizbəyov (Xəzər) rayonu VVADQ şöbəsində bağlanmış 708 nömrəli akt qeydli nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X19 nikah pozulduqdan sonra anaları X11 himayəsində qalmışdır. xx.xx.2020-ci il tarixdən başlayaraq X9 X11 xeyrinə, xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün Borcludən alimentin tutularaq Tələbkara verilməsi müəyyən edilsə də, hazırda ölkə üzrə yaşayış minimumu məbləğinin artmasını nəzərə alaraq tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasının tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2021-cı il üçün ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmişdir. Göründüyü kimi, 2021-cı ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 250,0 manat təşkil etmiş, məhkəmə tərfindən uşağın saxlanması üçün 170 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,68 (170:250) mislini təşkil etmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025 ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 626/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 (170:245) misli həddində indeksasiya olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün , Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-626/2021 saylı qətnaməsi ilə X9 X11 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün , Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-626/2021 saylı qətnaməsi ilə X9 X11 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar