Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-121/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Masallı Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 8(050)-141/2020 №-li qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2014-cü il tarixli 2(010)-2010/2014 №-li icra vərəqəsinə əsasən, borclular X1 və Borclu birgə qaydada cəmi 13449.49 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Masallı Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 8(050)-141/2020 №-li qərardadı ilə, yuxarıda qeyd olunan icra sənədi üzrə Borclu məxsus “CHERY A13” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbin əmlaka yönəldilməsi məqsədi ilə Masallı Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 8(050)-141/2020 №-li qərardadına əsasən Borclu məxsus “CHERY A13” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2014-cü il tarixli 2(010)-2010/2014 №-li icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə və “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən Borclu məxsus “CHERY A13” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və işin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 16.05.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2014-cü il tarixli 2(010)-2010/2014 №-li icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Beləliklə, iş materiallarından görünür ki, borclu tələbkara olan borcunu ödəmiş, borclunun tələbkara borcu qalmamış, icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkara olan borcun ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatın təmin edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Masallı Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 8(050)-141/2020 №-li qərardadı ilə Borclu məxsus “CHERY A13” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Masallı Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 8(050)-141/2020 №-li qərardadı ilə Borclu məxsus “CHERY A13” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-121/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-121/2022
26.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver