Məhkəmə qərarları › İş №8(003)-122/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-122/2022

11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-122/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Borclu məxsus əmlakların üzərindən həbsin götürülməsi barədə Qazax rayon icra şöbəsinin icra məmuru Ramiz Şəmmədovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax rayon icra şöbəsinin icra məmuru Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ 210743” markalı ** LD *** və “Mersedes E300” minik markalı ** DS *** dövlət qeydiyyat nişnalı avtomobillərin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon icra və probasiya şöbəsinin icraatına olan Xəzər rayon məhkəməsinin 2(003)-1883 saylı, 02 aprel 2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 536,16 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Xəzər rayon məhkəməsinin 8(003)- 350/2016 saylı, 17.03.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 210743” minik markalı ** LD *** və “Mercedes E300” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Hazırda icra sənədi üzrə borc tam olaraq tələbkara ödənilmişdir. Odur ki, Borclu məxsus “VAZ 210743” minik markalı ** LD *** və “Mercedes E300” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsi xahiş olunur. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-1883 saylı, 02 aprel 2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 536,16 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" KB ASCnin xeyrinə ödənilməlidir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Xəzər rayon məhkəməsinin 8(003)-350/2016 saylı, 17.03.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 210743” minik markalı ** LD *** və “Mercedes E300” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar "xxxx" KB ASCnin 15.04.2022-ci il tarixli BOA-1825 nömrəli ərizə ilə Qazax rayon İcra şöbəsinə müraciət edərək Xəzər rayon Məhəkəməsinin 2(003)-1883/2015 nömrəli 02.04.2015-ci il tarixli icra sənədinə əsasən Borclu "xxxx" KB ASC-yə olan borcunu tam ödədiyini və “İcra haqqında” qanunun 20.1.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 8(003)-350/2016 saylı, 17.03.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 210743” minik markalı ** LD *** və “Mercedes E300” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 8(003)-350/2016 saylı, 17.03.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 210743” minik markalı ** LD *** və “Mercedes E300” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar