Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-125/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Təqdimat vermiş Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3, X2 iştirakları ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli qərarla qərarla icraata başladığı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6167/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Borclu 10 gün müddətində könüllü icra müddəti təyin edilərək icraata başlamaq haqqında qərar və bildiriş poçt vasitəsilə borcluya və tələbkara göndərilmişdir. Bundan sonra icra tədbirləri davam etdirilərək borclunun adına daşınar və daşınmaz əmlakların, banklarda pul vəsaitinin olubolmaması barədə aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclu ölkəni tərk etmək ehtimalı olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görülməlidir. Borclunun hal-hazıradək 3088 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Tələbkarla borclu arasİnda olan nikah pozuldaqdan və aliment təyin olunduqdan sonra borclu heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında tələbkar X7 təqdimatın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə borcludan onun xeyrinə iki uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, cəmi 386 manat sabit pul məbləğində müvəqqəti alimentin tutulması qərara alınmışdır. Lakin borclu aliment məbləğindən heç bir ödəniş etməmişdir. Borclu müxtəlif vaxtlarda ölkə xaricinə gedib-gəlir. Bu da gələcəkdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsini çətinləşdirə bilər. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin fikrini dinləyib, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6167/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu iddiaçı X4 xeyrinə hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment müvəqqəti tutulmalıdır. Müvəqqəti tutulan alimentin müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. -Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6167/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılaraq Borclu icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Həmin qərarı Borclu xx.xx.2022-ci il tarixdə şəxsən almışdır. -Borclu tərəfindən verilmiş izahatlardan məlum olur ki, sonuncu icra sənədləri ilə bağlı verilmiş qərar və bildirişlə tanış olmuşdur. - Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcluya icra sənədi üzrə tələbi təmin etməsi təklif edilmiş, əks təqdirdə onun məcburi gətirilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbir görüləcəyi ona bildirilmişdir. - Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcluya xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gələrək icra sənədi üzrə tələbi təmin etməsi tələb edilmiş, əks təqdirdə onun məcburi gətirilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbir görüləcəyi ona bildirilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(003)-384/2023 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarından məlum olur ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüququ ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Eyni zamanda borclu icra sənədi üzrə öhdəliyindən məlumatlı olsa da onu icra etməkdən yayınır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə inzibati məsuliyyətə də cəlb edilmişdir. Yaşadığı ünvanda olmadığına görə icra məmuru tərəfindən barəsində axtarış qərarı elan edilmişdir. Bütün bu sadalananlar borclunun öhdəliyini icra etməməsi üçün ölkə xaricinə getməsi ehtimallarını artırır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini könüllü icra etməməsi müəyyən olunduğundan məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını mümkün hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin təqdimatı təmin edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-125/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-125/2023
24.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver