Məhkəmə qərarları › İş №8(003)-128/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-128/2023

24.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-128/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Tədqimat vermiş Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, Borclu iştirakları ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev bildirdi ki, Borclu təqdimat verildikdən sonra borclu olduğu pulu ödəmişdir. İcra sənədi üzrə öhdəliyini tam yerinə yetirdiyinə görə təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu ödəniş qəbzlərinin surətlərini təqdim edərək öhdəliyini tam olaraq yerinə yetirdiyini bildirərək təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. X1 təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5911/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu xx.xx.2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. -xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası barədə borcluuya bildiriş göndərilmişdir. Borclu həmin qərarı və bildirişi xx.xx.2021-ci il tarixdə əlbəəl almışdır. -Borclunun icra şöbəsində olarkən verdiyi xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, iş qabiliyyətini itirdiyinə görə və maddi cəhətdən imkanı yaxşı olmadığına görə ödənişləri edə bilməmişdir. Həmin tarixə qədər yığılmış aliment borclarının yarısından çoxunu ödəmişdir. -Borclu tərəfindən məhkəmə iclasında təqdim edilmiş qəbzlərə görə onun ödənişləri :

1. xx.xx.2022-ci il tarixdə 70 manat

2. xx.xx.2022-ci il tarixdə 100 manat

3. xx.xx.2022-ci il tarixdə 70 manat

4. xx.xx.2023-cü il tarixdə 120 manat

5. xx.xx.2023-cü il tarixdə 20 manat

6. xx.xx.2023-cü il tarixdə 50 manat

7. xx.xx.2023-cü il tarixdə 50 manat

8. xx.xx.2023-cü il tarixdə 170 manat Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. İşin hallarından görünür ki, borclu tərəfindən icra vərəqəsi üzrə ödənişlər mütəmadi olaraq yerinə yetirilir və hal-hazırda borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına heç bir zərurət yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar