Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-129/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İcra sənədinin qaytarılması haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2020-ci il tarixli qərarından "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1426/2018 nömrəli, 23 fevral 2018-ci il tarixli əmri ilə borclu – xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 9, ev 4-də qeydiyyatda olan X2 1325,82 manat məbləğində əsas borcun, 128,21 manat faizin, cəmi 1454,03 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1474,03 manat məbləğində pul vəsaitinin tutularaq Bakı şəhəri, Füzuli küçəsi 71-də yerləşən kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1426 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qaununun 23-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1426/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin “İcra edilməmiş və va qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməs barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, icra sənədi icra olunması üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə əmrinin qəbul edilməsindən uzun müddət keçəsinə baxmayaraq borclu X4 tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar "xxxx" ASC tərəfindən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət ünvanlanmış, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar tələbkar "xxxx" ASC-yə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1426/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə borclu X3 "xxxx" ASC-yə hazırki tarixə qalıq borcu 1293,81 manat təşkil edir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tərtib olunmamış, həmçinin adı çəkilən akt tələbkara təqdim edilməmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə müraciətlər əlavə olunsa da, yuxarıda qed edilən qərar tələbkara təqdim edilməmişdir. Bu hal icra sənədinin icrasız qalmasına, borcluların məhkəmə qərarının icrasından yayınmasına səbəb olmaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işdə iştirak edən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İcra sənədinin qaytarılması haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun pul məbləğini ödəməsi üçün bütün tədbirlərin görülmədiyinə görə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1426/2018 nömrəli, 23 fevral 2018-ci il tarixli icra sənədinin qaytarılması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1426/2018 nömrəli, 23 fevral 2018-ci il tarixli icra sənədinin qaytarılması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-129/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-129/2024
04.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver