Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-13/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri 25 saylı Notariat Ofisinin 8İ-1407 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra edilmiş icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyənetdi: Tələbkar "xxxx" ASC şikayət ilə müraciət edərək, Xəzər rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-1407 saylı icra qeydi üzrə X1 "xxxx" ASC-nin xeyrinə cəmi 967,87 manat məbləğində kredit borcunun və 25 manat dövlət rüsumunun tutulması təklif edilmiş və icra qeydi icra olunması uçun Xəzər rayon icra şöbəsinə göndərilmişdir. İcra qeydinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, borclu X3 həmin icra qeydini icra etməmişdiı. Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-1407 saylı icra qeydi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.2-ci və 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Belə ki, icra məmuru borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclu ailəlidirsə nikah dövründə ərinin (arvadının) adına hər hansı bir daşmar və daşınmaz əmlakının olub-olmamasını müəyyən etməmişdir. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi qeyd edilsə də, tələbkar "xxxx" ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. İcra sənədinin qaytarılması haqqında qərar onlara xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru, tələbkar və borclu şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri hazırkı şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, icra məmurunun qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 25 saylı Notariat Ofisinin 8İ-1407 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, icra sənədi üzrə borclu X1 967,87 manat məbləğində kredit borcunun və 25 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun icra sənədində göstərilən ünvanında əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış, bu barədə akt tərtib olunmuşdur. Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli 8İ-619 saylı icra sənədinin Notariat Kontoruna qaytarılması qərara alınmışdır. İcra məmuru öz qərarını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsi ilə (borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarılır) əsaslandırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. Həmin Qanunun 45.1-45.6-cı maddələrinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən, Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. İcra işinin materiallarından görünür ki,tələbkarın şikayətində göstərdiyi faktlar öz təsdiqini tapmış, icra sənədi icra olunarkən tələbin yönəldilə biləcəyi digər əmlakların mövcud olubolmadığı araşdırılmamışdır. Bundan əlavə, icra işindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə Xəzər rayon icra şöbəsinin icra məmurları M.S.Abbasov, Y.C.Qafarov və hal şahidləri E.H.İsmayılova və N.N.Rüstəmovun iştirakı ilə borclu X2 icra sənədində qeyd olunan ünvanında baxış keçirilmiş, bu barədə müvafiq akt tərtib edilmişdir. İcra məmuru icra sənədinin icra olunması zamanı tərəflərin icra hərəkətlərinin həyata keçirilməsində, iştirak etmək hüquqlarına malik olmasına baxmayaraq, tələbkarın nümayəndəsinin iştirakını təmin etmədən müvafiq aktı tərtib etmişdir. Həmin Qanunun 32-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunla, nizamnamə və ya əsasnamə ilə verilmiş səlahiyyət həddində hərəkət edən orqanları və ya vəzifəli şəxsləri yaxud onların nümayəndələri vasitəsilə icraatda iştirak edirlər. Hüquqi şəxsləri təmsil edən şəxslərin onların səlahiyyətlərini təsdiq edən sənədləri olmalıdır. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Odur ki, şikayət əsaslıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra haqqında Qanunun tələblərinə riayət edilməməklə icra sənədinin geri qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xəzər rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-cı maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri 25 saylı Notariat Ofisinin 8İ-1407 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “icra sənədinin qaytarılması barədə” xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri 25 saylı Notariat Ofisinin 8İ-1407 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra icraatının davam etdirilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-13/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-13/2023
19.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver