Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-13/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla müraciət edərək, Borclu məxsus “OPEL VİTA” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2169/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus “OPEL VİTA” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə Tələbkar xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, sözügedən avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “OPEL VİTA" minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. İş üzrə Xəzər Rayon İcra Şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2169/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Borclu məxsus “OPEL VİTA” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Tələbkar xx.xx.2024-cü il tarixdə ərizəsindən görünür ki, borclu ilə aralarında qarşılıqlı razılığa gəlmiş, borcluya məxsus “OPEL VİTA” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, icra sənədi üzrə tələbkarın borcluya məxsus “OPEL VİTA” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, sözügedən avtomobilin üzərində həbsin qalmasına zərurət yoxdur. Bu səbəbdən də, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-84/2023 saylı qərardadı ləğv edilməli, Borclu məxsus “OPEL VİTA” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-84/2023 saylı qərardadı ləğv edilsin. Borclu məxsus “OPEL VİTA” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-13/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-13/2025
17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver