Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-131/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin «İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında» qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1775/2016 saylı xx.xx.2016-ci il tarixli məhkəmə əmrinə əsasən borclu X2 cəmi 7136,07 manat məbləğində pul və 20 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər rayon icra şöbəsi «İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında» qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-ci maddəsinə əsasən icra sənədinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Hazırda tələbkar "xxxx" ASC həmin qərardan şikayət verərək, qərarın ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1775/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən X1 "xxxx" ASC-nin xeyrinə, cəmi 7136,07 manat məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmiş və icra sənədi icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə əmrinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X4 tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar "xxxx" ASC tərəfindən Xəzər rayon icra şöbəsinə qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirməsilə bağlı xx.xx.2023-cü il tarixində müraciət ünvanlanmış, Xəzər rayon İcra şöbəsinin 34A/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar tələbkar "xxxx" ASC-yə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. Onu da qeyd etməliyik ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1775/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə borclu X3 "xxxx" ASCyə hazırki tarixə qalıq borcu 1467,74 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəməyə gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: - 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zəruri tədbirlər görülmədən icra məmuru tərəfindən icra qeydinin geri qaytarılması haqqında qərar qəbul olunmuşdur və həmin qərar əsassız olduğundan şikayət təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin «İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında» qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1775/2016 saylı xx.xx.2016-ci il tarixli məhkəmə əmrinə əsasən borclu X2 cəmi 7136,07 manat məbləğində pul və 20 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin «İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında» qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-131/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-131/2024
19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver