Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-133/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-629/2022 saylı icra sənədinə əsasən Borclu subroqasiya qaydasında cəmi 27253,29 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Eyni zamanda həmin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Borclu tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədi xx.xx.2022ci il tarixdə icra şöbəsinə daxil olmuşdur. Həmin tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Həmçinin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin, tələbkarın nümayəndəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(003)-629/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 27081,64 manat sığorta ödənişi, ödənilmiş 171,25 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci olmaqla, cəmi 27253,29 manat pul tutulmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh Borclu tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Təqdimata əlavə olunan İcraata başlama haqqında qərardan, tələbin könüllü icrası barədə bildirişdən və məcburi gətirilmə barədə qərardan görünür ki, borcluya Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Həmçinin görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə qeyd edir ki, borcluya Xəzər Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icraata başlama haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsinə və icra şöbəsinə gəlmədiyi təqdirdə məcburi gətirilməsi barədə tədbir görüləcəyi barədə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməməklə icra məmurunun çağırışları üzrə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.2022-ci il tarixli, 2(003)-629/2022 nömrəli icra sənədi üzrə borclu, xx.xx.1990-cı il təvəllüdlü Borclu Bakı şəhəri Xəzər rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-133/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-133/2023
31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver