Məhkəmə qərarları › İş №8(003)-133/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-133/2025

20.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-133/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, X1 nümayəndəsi X5 Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin Xəzər rayon İcra şöbəsinə göndərilməsinə dair X1 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin Xəzər rayon İcra şöbəsinə göndərilməsi barədə barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X8 ərizə ilə məhkəməyə müraciət edərək ərizənin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin onun icraatında olduğunu göstərdi və ərizənin baxılmadan geri qaytarılmasın etirazının olmadığını bildirdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırda icra sənədinin Xəzər rayon İcra şöbəsinə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin nümayəndəsi bu ərizənin baxılmadan geri qaytarılması xahiş etdiyindən məhkəmə hesab edir ki, həmin ərizəyə baxılmasına olan zərurət aradan qalxmışdır. Bu səbəbdən ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin Xəzər rayon İcra şöbəsinə göndərilməsinə dair X1 ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar