Məhkəmə qərarları › İş №8(003)-134/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-134/2022

07.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-134/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 nömrəli, 03 oktyabr 2016-cı il tarixli icra sənədi üzrə Borclu məxsus «VAZ 2106» minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatı üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 8(003)-134/2022 saylı qərardadının ləğv olunması barədə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 nömrəli, 03 oktyabr 2016-cı il tarixli icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Borclu adına «VAZ 2106» minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 8(003)-134/2022 №-li qərardadı ilə, təqdimatın təmin edilməməsi qərara alınmışdır. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 8(003)-134/2022 №-li qərardadından şikayətlə məhkəməyə müraciət edərək, borclunun mülkiyyətində «VAZ 2106» minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasına dair çıxarış təqdim etmiş, bu səbəbdən qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini və mülki iş materiallarını nəzərdən keçirib və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 8(003)-134/2022 №-li qərardadından verilmiş şikayət əsaslı olduğundan təmin edilərək həmin qərardad ləğv edilməli və təqdimat təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 nömrəli, 03 oktyabr 2016-cı il tarixli icra sənədi üzrə Borclu məxsus «VAZ 2106» minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.2. maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 269.1. və 269.2. maddələrində göstərilir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 8(003)-134/2022 №-li qərardadı ləğv edilsin. Təqdimat təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 nömrəli, 03 oktyabr 2016-cı il tarixli icra sənədi üzrə Borclu məxsus «VAZ 2106» minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar