Məhkəmə qərarları › İş №8(003)-134/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-134/2023

25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-134/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Tələbkar Seyid-zadə Rauf Nağı oğlunun iştirakı ilə, Borclu Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə Xəzər rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinin icra məmuru Yaqub Qafarov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh Borcluov Rafael oğlunun hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunmalı və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Seyid-zadə Rauf Nağı oğlu təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu hesabına Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə sökülməli, iddiaçının bağa girişi bərpa olunmalı və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Xəzər Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icraata başlama haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin surətini və icra şöbəsinə dəvət edilməsi barədə xəbərdarlığı rəsmi qaydada qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, borclu Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icraata başlama haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin surətini və icra şöbəsinə dəvət edilməsi barədə xəbərdarlığı almış, lakin nə qanunla müəyyən edilmiş müddətdə, nə də keçən müddət ərzində icra sənədinin icrasını təmin etməməklə icra məmurunun çağırışları üzrə gəlməkdən üzürsüz səbəbdən yayınmışdir. Məhz bu hərəkətləri ilə borclu icra sənədinin icrasını mümkünsüz etdiyindən məhkəmə hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu - xx.xx.1985-ci ildə doğulmuş Borclu Xəzər rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar