Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-135/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, X1 və X4 “övladlığa götürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-706/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair iş üzrə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 və X7 “övladlığa götürmə” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-706/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.1954-cü il təvəllüdlü X3 və xx.xx.1959-cu il təvəllüdlü X4 övladlığına verilməsi, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2018-ci il tarixli, 1976 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilərək, soyadı “Xələfov”, ata adı “Kamran”, ata qrafasında “X6”, milliyəti “azərbaycanlı”, doğum yeri “Bakı şəhəri” kimi yazılması, övladlığa götürmənin qeydiyyatının və X5 xx.xx.2018-ci il tarixli, 1976 nömrəli doğum haqqında akt qeydində dəyişikliyin aparılması Xəzər rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. Hazırda iş üzrə qətnamənin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-706/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, övladlığa götürən şəxsin hüquqları yaranmadan ölmüşdür. Odur ki, qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasına iş üzrə tərəflər və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndəsi gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-706/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Göründüyü kimi qanunvericilik qətnaməyə izah verilməsinin qətnamənin məzmununun dəyişdirilməməsi ilə məhdudlaşdırmış, yəni, qətnaməyə izah verilərkən həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ qətnamənin məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. Bundan əlavə, qanunvericiliyin qeyd olunan normalarından görünür ki, qətnaməyə izah verilməsi, o, icra edilənədək mümkündür. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Ərizədən, iş materiallarından və qətnamədən görünür ki, ərizəçilər övladlığa götürmə xahişi ilə məhkəməyə müraciət etmiş, onların bu ərizəsi məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, bundan sonra icranı həyata keçirən müvafiq orqan - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi ərizəçilərdən birinin öldüyünü bildirərək qətnaməyə izah verilməsini xahiş etmişdir. Bununla da müəyyən edilir ki, həmin qətnamədə hər hansı bir yanlışlığa yol verilməmiş və qətnamənin nəticə hissəsi aydın ifadə olunmuş, izaha ehtiyacı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamədə qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud olmadığından Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-706/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-706/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-135/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-135/2023
01.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver