Məhkəmə qərarları › İş №8(003)-135/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-135/2024

01.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-135/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, X1 nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına 4 ay möhlət verilməsinə dair X1 nümayəndəsi X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X7 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına 4 ay möhlət verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qətnamə üzrə, iş üçün keçirilmiş ekspertiza təqdiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 42319, büdcə səviyyəsinin kodu, 3, ekspertiza xərci, SAP (XTİS) hesabi, X5, KOD210005, VÖEN **********, Hesab AZ34CTRE********************1) hesabına keçirilməli idi. Bildirmək isdəyir ki, qoşmada təqdim olunan sənəddən də göründüyü kimi, X19 Azərbaycana aylıq 526,68 manat kredit ödənişi övladlarının təhsili ilə bağlı xərclərə görə qeyd edilən məbləği hələlik ödəməyə maddi imkanı çatmır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X10 məhkəməyə verdiyi izahatında ərizənin təmin olunmasını xahiş etdi. Bildirdi ki, məhkəmə qətnaməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 manat pul vəsaitini borclu hal-hazırda ödəyə bilmir. Əlavə olaraq bildirdi ki, övladları təhsil alır. Kreditləri vardır. Hazırda kirayədə yaşayırlar. Ekspertiza tədqiqatının dəyəri olan 100,0 manat pul vəsaitini ödəməyə maddi imkanı olmadığından qətnamənin icrasına həmin hissədə 4 ay müddətində möhlət verilməsini xahiş etdi. Ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, proses iştirakçıları məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2022 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsi Nümayəndə, X3 və X6 arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun bölünməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 700,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq Nümayəndə, 300,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X8, 100,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X9 (X8 naturada ayrılmış sahəyə bitşik olmayan hissədən) verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrasına 100,0 manat pul vəsaitini ödənilməsi hissəsində möhlət verilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, borclu X11 isə, buna dair sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, X1 ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. İcra sənədinin icrasına möhlət verilməsinin qanunla müəyyən edilən əsaslarının mövcud olması məhkəmə iclasında müəyyən edilmədiyindən, ərizə əsassızdır. Buna görə də, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 nümayəndəsi X4 - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin 100,0 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hissəsində icrasına 4 ay müddətinə möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar