Məhkəmə qərarları › İş №8(003)-137/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-137/2023

16.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-137/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, X1, İcra məmuru Elvin Fərzəliyevin iştirakı ilə, X1 “borcdan tutulmaların dayandırılması və aparılmış tutulmaların geri qaytarılması” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 “borcdan tutulmaların dayandırılması və aparılmış tutulmaların geri qaytarılması” barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən hüquqlarının pozulmasının dayandırılması və onun pensiyasından aparılan tutulmaların dərhal dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3902/2022 saylı 03 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2819/2021 saylı 07 dekabr 2021- ci il tarixli qətnaməsinin məişət əşyalarına aid hissədə dəyişdirilməsi, 2 tumba, termo və şifonerdən ibarət yataq dəstinin dəyəri 1200 manat, 1 ədəd taxt döşəyinin dəyəri 200 manat, 1 ədəd taxt yorğanın dəyəri 100 manat müəyyən ediiməsi, məişət əşyalarının qaytarılması barədə qətnamənin icra edilərkən həmin əşyaların mövcud olmasa onların dəyərinin cavabdehlər X15 və X4 müştərək qaydada alınaraq X9 verilməsi qət edilmişdir. Qətnamənin növbəti hissəsində onun üzərinə öhdəlik qoyulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3902/2022 saylı 03 iyun 2022-ci il tarixli qətnaməsi əşyaların alınaraq verilməsi hissəsində icra edilmiş və həmin əmlaklar təhvil verilmişdir. Buna baxmayaraq, Xəzər rayon icra şöbəsi tərəfindən onun (X6) pensiyasından tutulmalar aparılır. Onun pensiyasından başqa gəliri olmadığı üçün yaşayış və müalicə xərclərini ödəyə bilmir. Bundan başqa oğlu X13 ürəyində qüsur aşkar edilmiş və onun müalicəsi də əlavə vəsait tələb edir. Bu səbəbdən də hesab edir ki, Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkətləri qanunsuz hesab edilməlidir. Ərizəçi sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən onun pensiyasından aparılan tutulmaların dayandırılması və əsassız olaraq pensiyasından aparılan tutulmaların hesablanaraq ona geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X6 ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olara bildirdi ki, onun pensiyasında qanunsuz olaraq 469,84 manat pul vəsiti tutulmuşdur. Həmin vəsaitində ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev borcludan tutulmaların aparılması texniki səhv olub. X5 pensiyasından oğlunun borcuna görə tutulub. Pullar borcdan silinib, geri qaytarılması mümkün deyil. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icra işinin materiallarından və işin araşdırılan hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2819/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Taxt (yataq dəsti), 2 tumba, termo və və s. əşyaların cavabdehlər X10 və X2 alınaraq X11 verilməsi, X7 xeyrinə 12 qramlıq komplekt dəstin (üzük-sırğa dəsti) dəyəri olan 1080,0 manat, 12 qramlıq yolka formalı qolbağın dəyəri olan 1080,0 manat, 25 qramlıq yolka formalı boyunbağının dəyəri olan 2250,0 manat, 3,5 qramlıq, 0,20 karat brilyant qaşlı üzüyün dəyəri olan 500,0 manat, 4 qramlıq nişan üzüyünün dəyəri olan 360,0 manat, 2,5 qramlıq paxlava formalı 1 ədəd üzüyün dəyəri olan 225,0 manat, skripka formalı üzüyün dəyəri olan 360,0 manat, ümumilikdə qızıl-zinət əşyalarının dəyəri olan 5855,0 manat pul (faktiki olaraq naturada mövcud olmamasını nəzərə alınaraq) cavabdeh X10 tutulması, cavabdehlər X10 və X2 ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X11 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3902/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Ədalət Əliyevin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı Sənubər Əliyevanın apellyasiya şikayəti qismən təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi məişət əşyalarına aid hissədə dəyişdirilmiş, 2 tumba, termo və şifonerdən ibarət yataq dəstinin dəyəri 1.200 manat, 1 ədəd taxt döşəyinin dəyəri 200 manat və 1 ədəd taxt yorğanın dəyəri 100 manat müəyyən edilməsi, məişət əşyalarının qaytarılması barədə qətnamə icra olunarkən həmin əşyalar mövcud olmasa, onların dəyərinin cavabdehlər X15 və X2 müştərək qaydada alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyəri 225 manat olan 2,5 qramlıq qızıl sırğaya aid hissədə ləğv edilmiş, sırğanın qaytarılması barədə tələb təmin olunmuşdur. Dəyəri 225 manat olan 2,5 qramlıq qızıl sırğa X10 alınaraq X11 verilməsi, sırğanın naturada qaytarılması mümkün olmaqda onun dəyəri olan 225 manat X10 alınaraq X11 verilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev iş üzrə tələbkar və borcluların iştirakı ilə icra vərəqəsində qeyd olunan əşyaların yerləşdiyi ünvanda olduqları zaman qızıl-zinət əşyalarından başqa bütün cehiz əşyalarının yerində olduğu tələbkar tərəfindən təsdiq olunmuş, hər birini təhvil almışdır. İşdə olan inkasso sərəncamlarından görünür ki, X3 adından X11 ödənişlər həyata keçirilmişdir. Beləliklə, işin araşdırılan halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, ərizəçi X6 və onun oğlu X15 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3902/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədi üzrə borclulardır. Həmni icra sənədi üzrə X6 cehiz əşyalarının qaytarılması, X15 isə cehiz və qızıl-zinət əşyalarının qaytarılması hissəsində borclu olmuşdur. İcra sənədi cehiz əşyalarının qaytarılması hissəsində icra olunmuş, X3 icra sənədi üzrə öhdəliyi qalmamışdır. Lakin həmin icra sənədi üzrə digər borclu Ədalət Əliyevdən tutulmalı olan pul vəsaiti Münəvvər Abdullayevanın pensiyasından tutulmağa davam etmişdir. X6 hazırda şikayət ərizəsi ilə müraciət edərək, pensiyasından aparılan tutulmaların dayandırılması və aparılan tutulmaların hesablanaraq ona geri qaytarılmasını xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə, qanun əsasında borclunun dövlətə olan borcu silindikdə, icra sənədi tam icra olunduqda iş üzrə icraata xitam verilə bilər. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Göründüyü kimi, araşdırılan icra işi üzrə borclu X3 hər hansı öhdəliyi qalmamış, ondan hər hansı pul tutulmasının həyata keçirilməsi qanunsuzdur. Odur ki, ərizə həmin hissədə təmin eidlərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3902/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X3 pensiyasından aparılan tutulmalar dayandırılmalıdır. Bununla yanaşı, ərizəçi aparılan tutulmaların hesablanaraq ona geri qaytarılmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 pensiyasından tutulan pul vəsaiti həmin icra işi üzrə borclu X13 borcundan silinmiş, sonuncu həmin pul hesabına əsassız varlanmışdır. Pul vəsaiti icra sənədinin icrasına yönəldiyindən, onun geri qaytarılması hazırkı “məhkəmə qətnamələrinin (qərarlarının) icrası” icraatı qaydasında mümkün deyildir. Məhkəmə hesab edir ki, ərizə pul vəsaitinin qaytarılması hissəsində təmin edilməməli, ərizəçiyə həmin tələblə mülki icraat qaydasında yenidən məhkəməyə müraciət emtək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Ərizə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3902/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X3 pensiyasından aparılan tutulmalar dayandırılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar