Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-138/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi (borclu) Mansurov Eldar Əbülfəz oğlunun, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Mansurov Eldar Əbülfəz oğlu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Mansurov Eldar Əbülfəz oğlu şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xitam qərarı əsassızdır. Ona görə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2877/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə artıq 4-cü dəfədir xitam verilir: 1) icra sənədinin verilməsinə əsas olmuş qərar (Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2877/2014 saylı xx.xx.2014-cü il tarixli qətnamə) AR Ali Mehkəməsinin Mülki Kollegiyasının 2(102)-3032/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə ləğv edildikdə. 2) 26838/7R saylı xx.xx.2017-ci il tarixli Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin inzibati aktı ilə. 3) “AR fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 6.2-ci bəndinin tələbi əsasında ən geci xx.xx.2019-cu il tarixədək icra sənədinə xitam verilib. 4) Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli qərarı ilə. Qeyd olunanlara əsasən, xx.xx.2022-ci il tarixli qərarını ləğv edilməsinin və ləğv edilmə tarixinin AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3032/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı əsasında müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi (borclu) Mansurov Eldar Əbülfəz oğlu məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının tarixini Azərbaycan Respublikası Ali Mehkəməsinin Mülki Kollegiyasının 2(102)-3032/2015 saylı xx.xx.2015-ci il tarixli qərarın tarixi ilə əvəzlənməlidir. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, ərizə əsassızdır, belə ki, icra şöbəsinə ləğv üçün əsaslarının yaranması ilə bağlı məlumat məhz qərarın verildiyi tarixdə daxil olub. Tələbkarın qeyd etdiyi tarixdə icraata xitam verilməsi üçün hər hansı bir əsas olmamışdır. Ona görə də ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, icra məmurunu dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2877/2014 nömrəli icra sənədinin surətinə əsasən "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə, Mansurov Eldar Əbülfəz oğlundan 3144,23 ABŞ dolları məbləğində əsas borc, 446,75 ABŞ dolları məbləğində faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla cəmi 3620,98 ABŞ dolları (üç min altı yüz iyirmi dollar doxsan səkkiz sent) məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1453/2015 saylı qətnaməsinin sürətindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Mehkəməsinin Mülki Kollegiyasının 2(102)-3032/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə Mansurov Eldar Əbülfəz oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5664/2015 saylı qətnaməsinin sürətindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Mehkəməsinin Mülki Kollegiyasının 2(102)-619/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Mansurov Eldar Əbülfəz oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2877/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdı. Beləliklə, işin hallarından görünür ki, "xxxx" X4 Səhmdar Cəmiyyətinə Mansurov Eldar Əbülfəz oğlundan 3144,23 ABŞ dolları məbləğində əsas borc, 446,75 ABŞ dolları məbləğində faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə borcu vardır və bu barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2877/2014 saylı, 27 oktyabr 2014-cü il tarixli qətnaməsi vardır. Bundan sonra Mansurov Eldar Əbülfəz oğlu apellyasiya şikayəti vermiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət qismən təmin edilərək iş yenidən apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Mansurov Eldar Əbülfəz oğlu Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən yenidən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Mansurov Eldar Əbülfəz oğlu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini tələb edir. Belə ki, artıq Azərbaycan Respublikası Ali Mehkəməsinin Mülki Kollegiyasının 2(102)-3032/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı qəbul edildiyi vaxtdan iş üzrə icraata xitam olunmalı idi. “İcra haqqında” Qanunun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi əsaslarından biri də icra sənədinin tam icra olunmasıdır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qanunun 20.5 və 20.6-cı maddələrinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icra qanunvericiliyinin prinsiplərinə riayət olunduğundan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı qanuni və əsaslıdır. Belə ki, Mansurov Eldar Əbülfəz oğlu hazırki iş üzrə Azərbaycan Respublikası Ali Mehkəməsinin Mülki Kollegiyasının 2(102)- 3032/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə icraata xitam verilməli olduğunu iddia etsə də, məhkəmə qeyd edir ki, həmin qərar ilə qətnamə ləğv edilməmiş və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmış, işə apellyasiya baxışı keçirilmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması qərara alınmış və həmin apellyasiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə borc öhdəliyinin yerinə yetirilməsi ilə bağlı məlumat daxil olduğu vaxt Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Mansurov Eldar Əbülfəz oğlunun şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Mansurov Eldar Əbülfəz oğlunın şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-138/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-138/2023
20.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver