Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-139/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-153/2020 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfov Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-502/2019 saylı icra vərəqəsinə əsasən Borclu 1225,6 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar “Azəriqaz” İB-nin xeyrinə ödənilməlidir. Borcluya məxsus “Toyota Prado” minik markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “Toyota Prado” minik markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-502/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Borclu təbii qazdan istifadəyə görə 1225,6 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq “Azəriqaz” İB-nin xeyrinə tutulmalıdır. -Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərarının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 2(003)-502/2019 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-153/2020 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-502/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Toyota Prado” minik markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. -Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 2(003)-502/2019 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. -"xxxx" ASC tərəfindən verilmiş BPM**********51 saylı qəbzin surətindən görünür ki, Borclu tərəfindən 1225,6 manat “Azəriqaz” İB-nin hesabına köçürülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi icra sənədinin icrasını təmin etmək üçün göstərilən əmlakın üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-153/2020 saylı qərardadına əsasən Borclu məxsus “Toyota Prado” minik markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-153/2020 saylı qərardadı ləğv edilsin və Borclu məxsus “Toyota Prado” minik markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-139/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-139/2023
14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver