Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-140/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1004/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus daşınar əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-140/2023 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu təbii qazdan istifadəyə görə yaranmış 5574 manat məbləğində pul vəsaiti, pozulmuş hüquqların bərpası ilə bağlı 300 manat və 30 manat dövlət rüsumu, ümumilikdə 5904,16 manat tutularaq tələbkar «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Hazırda qeyd olunan icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1004/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 5574 manat məbləğində pul vəsaiti, pozulmuş hüquqların bərpası ilə bağlı 300 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olaraq qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borc Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsi ilə sorğular edilmişdir. Belə ki, ”Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 2103” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi üzrə Borclu məxsus olan daşınar əmlakın üzərinə həbs qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1. maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni zamanda, həmin Qanunun 50.2. maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılan hallarından məlum olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1004/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borc hal-hazırkı vaxtadək ödənilməmiş, beləliklə, borclu tərəfindən icra sənədinin icrası təmin olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1004/2021 saylı, xx.xx.2021-ci il tarixli saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “VAZ 2103” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1004/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan və “VAZ 2103” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(003)-140/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-140/2023
08.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver