Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-142/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, X2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı hərracın və müqavilənin etibarsız sayılması haqqında ərizəsinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-139/2020 saylı qətnaməsinin izah edilməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon icra şöbəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-139/2020 saylı qətnaməsinin izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən mülki işlə bağlı icra sənədində qeyd olunan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 400 (dörd yüz) manat borclular "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi ilə bağlı Xəzər rayon İcra şöbəsinin nəzdində mühasibat şöbəsi daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması əməliyyatı olmadığı üçün məbləği ödəməyə ziddiyyət yaranmışdır. Ona görə də qətnamənin icra edilməsi üçün bu məsələ ilə bağlı əlavə şərh verilməsi xahiş olunmuşdur. Tərəflər qətnamənin izah edilməsi barədə ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, İddiaçı X3 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1/2 hissəsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1298 saylı ev ilə bağlı təşkil etdiyi və keçirdiyi hərracın qanunsuz və etibarsız sayılması, hərracın nəticələrinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 avqust 2019-cu il tarixli, 109 saylı hərracın nəticələri haqqında yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında bağlanmış 21 avqust 2019-cu il tarixli müqavilənin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-139/2020 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-139/2020 saylı qətnaməsindən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 400 (dörd yüz) manat cavabdehlər (Hidayət oğlu, Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VOEN **********, Müxbir hesab AZ41NA********************44, SWİFT BİK CTREA222, Məhkəmə Eksperlizası Mərkəzi, VÖEN **********, HesabAZ34CTRE********************) hesabına keçirilməsi qənaətinə gəlsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi ilə bağlı Xəzər rayon İcra şöbəsinin nəzdində mühasibat şöbəsi daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması əməliyyatı olmadığı üçün məbləği ödəməyə ziddiyyət yarandığından hazırki qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. İş materiallarından görünür ki, iddia tələbi təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pulun müştərək olaraq cavabdehlərdən tutulması qət edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-139/2020 saylı qətnaməsində “iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 400 (dörd yüz) manat cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VOEN **********, Müxbir hesab AZ41NA********************44, SWİFT BİK CTREA222, Məhkəmə Eksperlizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi” dedikdə ekspertiza tətqiqatının dəyərinin 200,0 manat məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 200,0 manat məbləğin isə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən tutulmasını özündə ehtiva edir. Belə olan halda isə qətnamənin icrası zamanı hər hansı çətinliyin yaranmaması üçün həmin qətnaməyə bu məzmununda izah verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-139/2020 saylı qətnaməsinə “iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 400 (dörd yüz) manat cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VOEN **********, Müxbir hesab AZ41NA********************44, SWİFT BİK CTREA222, Məhkəmə Eksperlizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi” dedikdə ekspertiza tətqiqatının dəyərinin 200,0 manat məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 200,0 manat məbləğin isə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən tutulmasını özündə ehtiva etməsi kimi izah verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-142/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-142/2024
07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver