Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-143/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi Borclu məxsus “VAZ 21214” yük markalı, **- KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin 3-24/2002 saylı, xx.xx.2002-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşağn yetkinlik yaşına çatana kimi saxlanılması üçün əmək haqqının 1/4 hisəsi miqdarında aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Tələbin əmlaklara yönəldilməsi məqsədi ilə Xəzər Rayon məhkəməsinin 8(003)- 392/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Borclu məxsus olan “VAZ 21214” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X1 xx.xx.2024-cü il tarixli ərizəsindən göründüyü kimi 20.1.5-ci maddəsinə əsasən icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Odur ki, Borclu məxsus olan “VAZ 21214” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə Xəzər Rayon İcra Şöbəsinə, tələbkara və borcluya ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 3-24/2002 saylı, xx.xx.2002-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu hər ay bir uşağn yetkinlik yaşına çatana kimi saxlanılması üçün əmək haqqının 1/4 hisəsi miqdarında aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-392/2024 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Borclu məxsus “VAZ 21214” yük markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş tələbkar Babayeva (Abdullayeva) Elmira Xanoğlan qızının Bakı şəhəri Xəzər rayon icra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, borclu ilə öz aralarında razılığa gəldiyini, borclunun aliment borcunun olmamasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Nemətzadənin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 3-24/2002 saylı, xx.xx.2002-ci il tarixli məhkəmə əmri üzrə icra sənədinə xitam verilməsi qərara alınmışdır. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, icra sənədi üzrə icraata xitam verilməsini və bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-392/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməli, Borclu məxsus “VAZ 21214” yük markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-392/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus «VAZ 21214» yük markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №8(003)-143/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-143/2024
07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver